Şuşanın separatçı "bayraq"lı kəndləri ikiqat “blokada”dan şikayətlənir...-VİDEO

Şuşanın separatçı
“Əslində erməniləri Xankəndindən Ermənistan istiqamətinə buraxmayan və blokadada, əslində girovluqda saxlayan həmin separatçı-terrorçu rejim və Rusiya “sülhməramlı”larıdır…”
 Azərbaycan dövlətinin tamamilə haqlı və qanuni olaraq  Laçın rayonunun Ermənistanla sərhəd hissəsində - Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi qurması haykların yersiz və əsassız hay-küyünə səbəb olub.
 
Şuşa rayonunun Laçın rayonunun mərkəzinə və bir sıra kəndlərinə yaxın olan Kiçik Qaladərəsi, Böyük Qaladərəsi, Sarıbaba, Turşsu kəndlərinin qanunsuz “başçı”ları ikiqat “blokada”dan şikayətlənir.
 
“Həm Ermənistanla, həm də Qarabağla rabitə kəsilib. Problem yaranarsa, nə edəcəyimizi bilmirik. Kəndin bəzi sakinləri, o cümlədən yeganə tibb bacısı Gorusdə qalıb və indi geri qayıda bilmir. Kənddə qeyri-müəyyənlik ab-havası hökm sürür. Əgər kimsə qəfil xəstələnsə, biz ilkin tibbi yardım göstərə bilməyəcəyik. Kənddə xəstə və qocalar var. Qorxu onların vəziyyətini daha da pisləşdirir".
 
Moderator.az xəbər verir ki, bunu  News.am-a Böyük Qaladərəsi kəndinin qeyri-qanuni “rəhbəri” Davit Davityan bildirib.
 
Zəruri şərh:
 
Əvvəla, hələ də Azərbaycanın bu kəndində separatçı-terrorçu rejimin əski parçasını endirməmiş həmin Davityana başa salmaq lazımdır ki, Azərbaycan nə dünən, nə də indi Qarabağdakı mülki sakinlər üçün heç bir blokada şəraiti yaratmayıb. Bu günədək Yuxarı Qarabağın ermənilərin məskunlaşdırıldığı digər  kəndlərinə olduğu kimi, Şuşanın Böyük Qaladərəsi və o biri kəndlərinə də həm Ermənistan, həm də Xankəndi istiqamətindən gediş-gəliş olub. İndi də kim Ermənistandan, məsələn, İrəvan, yaxud Gorusdan Azərbaycanın Qarabağ ərazisinə gəlmək istəyir, buyursun,  qanunlarımıza tabe olsun, Azərbaycan Respublikasının Həkəri çayı üzərindəki sərhəd-buraxılış məntəqəsinə yanaşsın, sənədlərini yoxlatsın, keçsin. Terrorçu deyilsə, silah-sursat daşımırsa, keçid üçün heç bir problem yoxdur… Əslində erməniləri Xankəndindən Ermənistan istiqamətinə buraxmayan və blokadada, əslində girovluqda saxlayan həmin separatçı-terrorçu rejim və Rusiya “sülhməramlı”larıdır…

 
Tarix: 25-04-2023, 09:07
Xəbəri paylaş





Xəbər lenti