Laçındakı sərhəd məntəqəsinə hücum planı: Üç gündə Qarabağda... - Polkovnikdən şok sözlər

Laçındakı sərhəd məntəqəsinə hücum planı: Üç gündə Qarabağda...
Sülhməramlıların yeni komandanı Qarabağdakı separatçılara çoxlu vədlər verib. Amma bu vədlərin də heç birinin real perspektivi yoxdur. Sadəcə olaraq onların separatçıları bu və ya başqa yollarla qızışdırmaq niyyətləri var. Ötən gün Moskvadan da onlara ümidverici vədlər verilib. Bildirilib ki, yalnız Rusiyanın iştirakı ilə razılaşma və yaxud hansısa bir sənəd imzalanması mümkündür. Ona görə də, separatçılar daha böyük istəklərə düşərək Laçının girişində quraşdırılmış sərhəd keçid-məntəqəsinin ləğv ediləcəyini iddia edirlər.

DİA.AZ xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov deyib.



O qeyd edib ki, burada hansısa başıpozuq dəstələrin Azərbaycan sərhədçilərinə hücumu fonunda bizim tərəfimizdən onların zərərsizləşdirilməsi halları mümkün ehtimallar sırasındadır:

“Görünür, onlara belə bir tapşırıq verilib. Üç gündür ki, axşam saatlarında Rusiya Müdafiə Nazirliyi öz saytında sülhyaratma missiyası ilə bağlı məlumatlar verir. Bu məlumatlarda qeyd edilir ki, guya bu istiqamətdə atəşkəs pozulur. Atəşkəsin kimi tərəfindən, necə və hansı istiqamətdə pozulduğu isə qeyd edilmir. Əslində isə bu, görüntü yaratmaq istəyi ilə bağlıdır. Görünən odur ki, Azərbaycan və Ermənistan tərəfinin üç gündür ABŞ-da apardığı sülh müzakirələrinə Rusiya sakit yanaşmaq istəmir. Ona görə də, burada sanki vəziyyətin gərgin olması ilə bağlı görüntü yaratmağa çalışılır”.

Polkovnik hesab edir ki, hazırda Laçındakı sərhəd-buraxılış məntəqəsindən keçən ermənilərin Xankəndi deyiminə öyrəşməməsi də birmənalı deyil:

“1992-ci ildən Qarabağda yaşayan ermənilər bu şəhərə Xankəndi deməyib. Ona görə də, onların bu ada uyğunlaşması biraz zaman alacaq. Amma ermənilər anlamalıdırlar ki, onların uydurduğu adlar artıq tarixə qovuşub”.

Üzeyir Cəfərov sülhməramlıların komandanı Aleksandr Lentsovun Bakıya gözlənilən səfərinə də münasibət bildirib:

“Əslində onun Bakıya hansı məsələləri müzakirə etməyi gəlməsi də sual yaradır. Çünki bu adamın heç bir halda Bakıya gəlməyə mənəvi haqqı çatmır. O, iki dəfə separatçılarla görüşüb və onlara hansısa məsələdə vədlər verib. Ona görə də, bu adamın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı yanaşmasına aydınlıq gətirilməlidir. Düşünürəm ki, onun Bakıya gəlişinə də ehtiyac yoxdur”.
Tarix: 3-05-2023, 21:35
Xəbəri paylaş





Xəbər lenti