Ermənistan silahlı bölmələri Laçında mühəndis işləri aparan traktoru atəşə tutdu


Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.
 
Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Tarix: 5-05-2023, 16:24
Xəbəri paylaş





Xəbər lenti