Səhər bunları etməyin: Özünüzü təhlükəyə atarsınız-HƏKİM


Səhər bunları etməyin: Özünüzü təhlükəyə atarsınız-HƏKİM

“Bütün səhər vərdişləri, hətta səhər məşqləri sağlamlıq üçün faydalı deyil”.
Cebhe.info xəbər verir ki, bunu kardioloq, somnoloq Aleksandr Kazaçenko deyib. O qeyd edib ki, səhər idman hərəkətlərinin müsbət tərəfləri var, o, nizam-intizam yaradır, serotonin və canlılığın səviyyəsini artırır, fiziki hazırlığı qorumağa kömək edir.
Bununla belə, bədəni kiçikdən başlayaraq tədricən alışdırmaq lazımdır:
“Əgər kifayət qədər yuxu almırsınızsa, oyandıqdan sonra intensiv fiziki fəaliyyət ürək-damar sistemini “vurur”. Ürək dərəcəsi və qan təzyiqindəki artımlar insult və ya infarkt şansını artırır. Xüsusilə yaşlı insanlarda bu təhükəlidir”.
Eyni yanaşmanı soyuq su ilə duş almağa da tətbiq edən həkim bu vərdişin də bir çox üstünlüklərini sadalayıb: “Gümrahlıq, möhkəm bədən, gigiyena. Ancaq bu işdə yenisinizsə, həddindən artıq həvəs sizə oyun oynaya bilər. Xüsusən də yüksək qan təzyiqindən və ya damar problemlərindən əziyyət çəkirsinizsə”.
Həkimin fikrincə yataqdan qəfil və kəskin hərəkətlə qalxmaq olmaz:
“Vaxta qənaət etməkdən başqa bunda müsbət bir şey yoxdur, çünki oyandıqdan sonra bədənin yenidən uyğunlaşması üçün bir az vaxt lazımdır. Oyandıqdan sonra özünüzü rahatlatmaq üçün bir neçə dəqiqə gözləyin, sonra çarpayıya oturun, uzanın və yalnız bundan sonra yeni günə başlayın".
Həkim eyni zamanda, zəngli saatı başqa 5 dəqiqəyə ayarlamağı da təhlükəli siqnal hesab edir: “Bu, yuxu çatışmazlığından xəbər verir”.
O, digər səhvləri də sadalayıb: səhər yeməyindən vaz keçmək və acqarına siqaret çəkmək. Biri obezliyi, ikincisi mədə xorasını tətikləyir.
Tarix: 17-04-2022, 11:59
Xəbəri paylaş





Xəbər lenti