Doğuşun “perental”sancısı 2.Bu pulları kim tələb edir?


Quba Regional Perental Mərkəzində baş verən rüşvət oyunlarından ötən dəfəki sayımızda bəhs etmişdik.Amma bu tibb ocağındakı “alver”dəbdəbəsi və əndazəsi o qədər kütləvidir ki olanları bir reportajda, yazıda nəql edib anlatmaq mümkün deyil.Nə xəstəxanın baş həkimi nə də publik hüquqi şəxslər doğum evindəki bu rüsvayçılığı aradan qaldırmağa maraqlı deyil.Əslinə maraqlı olmaları da inandırıcı görünmür.Kim öz xoşluğu ilə əmək haqqından əlavə gələn bu qədər vəsaitdən imtina edər?Əlbətki bu doğum evinin topladığı pullardan aidyyatı distansiyalar da lazımınca yararlanır.Ötən dəfəki reportajdan sonra bir neçə insan bizimlə əlaqə saxlayıb Quba Regional Perental Mərkəzində baş verən rüşvət fırtınası barədə elə məlumatlar verdilərki adamın tükləri biz-biz oldu.Adının hələlik açıqlanmasını istəməyən Xaçmaz rayon sakini bu barədə olan acı təsürratını bizə belə nəql elədi.
-Bir neçə ay bundan əvvəl mənim qızım o xəstəxanadan (Quba Perental)dünyaya gəldi.Yoldaşım doğuşdan 1 gün əvvəl daxil olmaqla ümumilikdə 7 gün orda qaldı.Dərmanından gündəlik yemeyinə qədər hər şeyi öz cibimin pulu ilə aldım apardım.Doğuş həkimi doğuşun ağır keçdiyini səbəb göstırib bizdən 400 manat istəyirdi.İmkanımız olmadığı üçün mən bu pulun yarısını verə biləcəyimi dedim.Razılaşmadılar.Uzun çek-çevirdən sonra 300 manatla onları razı sala bildim.Uşaq həkimi 50 manat istəyirdi.20 manat verdim.Üzündəki o qəzəbi görərdiz kaş.Adam utanıb yerə girir onların bu hərəkətlərinə görə.
Nədir sizin dərdiniz hörmətli həkimlər və publik şəxslər?Dövlət o tibb ocağının bütün xərclərini ,sizin əmək haqlarınızda daxil olmaq şərti ilə qəpiyinə qədər ödəmirmi?O mərkəz üçün hər il dövlət büdcəsindən böyük vəsaitlər ayrılır axı.Bəs hara gedir o vəsaitlər?Niyə o cür önəmli bir regional səhiyyə ocağını bazara çevirmisiniz?



Tarix: 19-04-2022, 12:35
Xəbəri paylaş





Xəbər lenti