Azərbaycanda 135 aktiv COVID-19 xəstəsi var


Daha 33 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 445 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 603 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib, aktiv xəstə sayı 135 nəfərdir.
Ölkədə son sutka ərzində 4 472, hazırkı dövrədək isə 6 785 398 test aparılıb.
Tarix: 21-04-2022, 18:31
Xəbəri paylaş





Xəbər lenti