“Dimed” klinikası vətəndaşların hüquqlarını pozub?


“Dimed” Tibb Mərkəzinə cərimə protokolu yazılıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, “Dimed” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İddia hakim Solmaz Mustafayevanın icraatına verilib. Məhkəmə iclası mayın 6-na təyin edilib.
 
Qeyd: “Dimed” Bakıda fəaliyyət göstərən özəl klinikalardan biridir.
Tarix: 24-04-2022, 11:16
Xəbəri paylaş





Xəbər lenti