Bakıda xəstəxanada 63 yaşlı kimsəsiz qocaya "bayram günü yardım göstərə bilməyəcəyik" dedilər - VİDEO
Bu gün səhər saatlarında Yeni Suraxanı dairəsi yaxınlığında sakinlər 63 yaşlı Mikayıl Həbibovu köməksiz vəziyyətdə tapıblar.
M.Həbibov iddia edir ki, dünən axşam saatlarında vətəndaşlar onu Qanlı Göl ərazisində arabada çətin hərəkət edən vəziyyətdə görüb, Təcili Tibbi Yardım Xidmətinə zəng ediblər. Tibb işçiləri onu ərazidən götürüb və 12 sayılı Suraxanı rayon xəstəxanasına yerləşdiriblər. Daha sonra xəstəxanadan vətəndaşa bildirilib ki, bayram günü olduğu üçün ona lazımi tibbi yardımı göstərə bilməzlər.
İddialara cavab almaq üçün Baku TV əməkdaşları sözügedən xəstəxanaya yollanıb.
Xəstəxanadan bayram günü ilə bağlı baş həkimin işdə olmadığı və mövzu ilə bağlı açıqlama verə bilməyəcəklərini deyiblər.