"Təbii bal iltihabı götürəcək, ürəyinizi möhkəmləndirəcək, həyəcanınızı azaldacaq"



"Bir yaşadək uşaqlarda, qara ciyərin piylənməsində, allergiyada bal məsləhət görülmür"
 
Balın inanılmaz faydalı xüsusiyyətləri
 
Dietoloqlar balın neqativ xüsusiyyətləri barədə də xəbərdarlıq edir
 
Çox güman ki, hər birinizin evində bir banka balınız var, çayınızı şirin edirsiniz, ehtimal ki, balın boğaz ağrısını yüngülləşdirdiyini də bilirsiniz. Amma bu şirin, yapışqan məhsulun başqa inanılmaz xüsusiyyətləri də var. Bu super məhsul haqqında məlumatınız olmalıdır ki, onu istifadə etməzdən öncə ən azı iki dəfə düşünüb götür- qoy etməlisiniz.
 
Moderator.az xəbər verir ki, ABŞ- ın "Eat This, Not That" nəşri bu məsələyə aydınlıq gətirib.
 
1. Bal iltihabı azaltmağa kömək edir
 
Həkim- dietoloq Liza Endrüs iddia edir ki, bal iltihabı azaldır.
"Bal iltihabəleyhinə xüsusiyyətə malikdir, çünki o, qanda prostoqlandinlərin miqdarını azaltmağa kömək edir".
"İnternational Journal of Research and Review" jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə görə, kalliandra bitkisindən alınan və heç bir emaldan və filtrasiyadan keçməyən təbii bal dismenoreya (aybaşı ağrıları) əlamətlərini yumşaldır və qanda prostoqlandinlərin miqdarını azaldır, bu da onun iltihabəleyhinə xüsusiyyətlərindən xəbər verir.
 
2. Bal öskürəyi yumşaldır
 
Uşaq vaxtı soyuqdəymə zamanı çox güman ki, sizə irti çayla bal verilib. Bunun səbəbi olmamış deyil. "Baldan istifadə yuxarı tənəffüs yolları infeksiyalarının əlamətlərini yumşaldır, o cümlədən öskürəyi sakitləşdirir", - Endrüs deyib. Əslində, "Mayo Clinic" təşkilatı tərəfindən aparılan tədqiqatlar sübut edib ki, bal öskürəyə qarşı tərkibində deksotrometorfan olan dərman preparatlarından daha yaxşı təsir edir. Lakin bir yaşından az olan körpələrə bal verməyin, çünki nadir hallarda balın tərkibində botulizm xəstəliyinin törədiciləri ola bilər.
 
3. Bal mədə- bağırsaq yolunun pozuntuları əlamətlərini azaldır
 
Həkimlər iddua edir ki, bal mədə- bağırsaq yolunun bəzi problemlərini, o cümlədən diareyanı (ishal), mədədə durğunluğu və xora xəstəliyini yumşaldır. "Mayo Clinic"- in  ekspertləri bunu təsdiq edib və əlavə edib ki, bal hətta həyəcanı da azalda bilər.
 
4. Bal sərbəst radikalların təsirindən qoruya bilər
 
Yəqin ki, siz dərini sərbəst radikallardan qoruyan vasitələr barədə eşitmisiniz, lakin belə xüsusiyyətlərə bal da malikdir. "Hesab edilir ki, bal antioksidant təsirə malikdir, orqanizmi sərbəst radikallardan qoruyur", - dietoloq Hizer Saks deyib. - Sərbəst radikallar - orqanizmin hüceyrələrini zədələyən atom və molekullardır".
 
5. Bal ürəyinizi qoruya bilər
 
Yoqurta bir az bal, yulaf və qatı meyvə şirəsi əlavə etsəniz, ürək- damar susteminizə maksimal fayda verəcəksiniz.
"İnsanların çoxu balın antioksidantların gözəl mənbəyi olduğundan xəbərsizdir. Sadəcə, yüksək keyfiyyətli bal əldə edin, - bunu dietoloq Breanna Vuds deyib. - Antioksidantlar hüceyrələri sərbəst radikalların zədələnmələrindən qoruyur və müxtəlif, o cümlədən ürək- damar xəstəliklərinin qarşısını alır".
 
6. Bal diş minasını zədələyə bilər
 
Dietoloq Nikol Lindel nə qədər bal yeməyinizə nəzarət etməyi tövsiyə edir. Çünki balın tərkibində çoxlu şəkər var, bu da kariyesin və diş ətinin xəstəliklərinin inkişaf riskini artıra bilər.
 
7. Bal qara ciyərin piy distrofiyasından əziyyət çəkən insanlara zərər vura bilər
 
Balın tərkibində şəkərin ən çox fruktoza növü var. Yəni bal qara ciyərin piylənməsində təhlükəli ola bilər. "Fruktoza başqa enerji mənbələri kimi mənimsənilmir, - Lindel izah edib. - O, qara ciyər toxumasında metabolizə edir, ona görə də qara ciyərin piylənmə xəstəliyində problem yarada bilər. Belə xəstəliyi olanlar alkoqoldan istifadədən imtina etməli, fruktozanı məhdudlaşdırmalıdır.
 
8. Bal allergiya əlamətlərini azalda bilməz
 
Balın guya allergiyaya qarşı dərman olması barədə mülahizələr mifdir. "Təəssüf ki, yerli baldan allergiya zamanı istifadə edilməsi sizə kömək etməyəcək, çünki arılar, adətən, o qədər də allergenli olmayan və sizin immun sisteminizi başqa tozcuqlar kimi (ağaclar, otlar və alaq bitkiləri) klassik mövsümi allergiya əlamətlərini törədən tozcuqlardan fərqli olaraq, çiçəklərdən tozcuq toplayır", - bunu tibb elmləri doktoru, Boston Qadın xəstəxanasının allerqoloqu və Thermo Fisher Scientific- in tibbi direktoru Lakiya Rayt deyib. Əslində, baldan allergiyaya qarşı dərman kimi istifadəsi əks nəticələr verə bilər. "Bəzi hallarda yerli baldan istifadə edilməsi allergiya əlamətlərini kəskinləşdirə bilər, çünki əgər siz çox həssassınızsa, az miqdarda tozcuğun qəbulu ağız boşluğunda qaşınma kimi əlamətlər yarada bilər", - doktor Rayt izah edib.

Tarix: 3-05-2022, 21:57
Xəbəri paylaş





Xəbər lenti