Bu dərmanların istifadəsi məhdudlaşdırılır
Ukrayna Ali Radası Rusiya və Belarus ərazisində istehsal edilmiş dərmanların Ukraynada dövriyəsini məhdudlaşdırmaq niyyətindədir. Qəbul edilməsi üçün minimum 226 deputatın səsi lazım olan qanun layihəsini 316 deputat dəstəkləyib.
Qanun layihəsi istehsalının bir, bir neçə və ya bütün mərhələləri Rusiya və ya Belarus ərazisində istehsal olunmuş dərmanlar üçün verilmiş dövlət qeydiyyatının rədd və ya ləğv edilməsinə imkan verəcək.
Tarix: 3-05-2022, 21:59