“Mövsümü olmayan meyvə-tərəvəzlər ciddi xəstəliklərə səbəb ola bilər” — Həkim rəyi


Piştaxtalarda mövsümündən asılı olmayaraq istənilən meyvə-tərəvəzi tapmaq olar. Həkimlər bildirir ki, belə məhsullar orqanizm üçün təhlükəlidir.

Məsələ ilə bağlı həkim infeksionist Mərdan Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, istixanalarda meyvə-tərəvəz yetişdirilərkən onların tez yetişməsi və uzun müddət saxlanması üçün kimyəvi qarışıqlardan istifadə olunur. Nitratların, böyümə hormonların istifadə edilməsi məhsulu nə qədər xoşagəlimli göstərsə də, bir o qədər təhlükəli edir:

“Hər bir meyvə və tərəvəzin öz sezonunda yeyilməsi tövsiyə olunur. Belə məhsullar insanlarda bir sıra ciddi xəstəliklərə səbəb ola bilər.Çünki öz mövsümündə olmayanda həmin meyvə-tərəvəzlər çox keyfiyyətsiz olur. 

Həkim bildirib ki, mövsümündə təbii üsullarla yetişmiş meyvə-tərəvəzdən istifadə edin: “Həddindən artıq böyük, cəlbedici məhsullardan uzaq durmaq tövsiyə olunur”. 

M.Əliyev geni dəyişdirilmiş qidaların ziyanlı olub-olmaması məsələsinə də toxunub:

“Hazırda qidaların gen dəyişdirilmə məsələsi mübahisəli məsələdir. Yəni, onların ziyanlı olub- olmaması mübahisəlidir. Buna görə də, əslində onların ziyanlı olması sübut olunmayıb.  Ona görə də, ziyanlı olmadığı kimi biz onu qəbul edirk. Amma, yaxşı olardı ki, hər bir meyvə-tərəvəzi öz mövsümündə yeyək”.
Siam.az
Tarix: 8-05-2022, 07:26
Xəbəri paylaş





Xəbər lenti