Kişilərin nəzərinə: Potensiyanı artıran qidalar


Qidalanma insan sağlamlığında çox önəmli rol oynayır.
 
Uzun müddət ərzində orqanizm üçün vacib olan maddələri almayan insanın sağlamlığında müxtəlif pozulmalar yaranır. İnsanın cinsiyyət sistemi çox həssasdır. Düzgün olmayan qidalanma, xroniki stress, infeksiyalar və s. mənfi amillər cinsiyyət sisteminə güclü zərbə vurur.
 
Daim çox yağlı, kalorili qidaları qəbul edən kişilərdə potensiya problemləri yaranır. Əksinə isə sağlam tamdəyərli qidalanma kişi sağlamlığına və potensiyaya müsbət təsir edir.
 
Kişi orqanizmi üçün ən vacib  vitamin və minerallar bunlardır: A, B1, B3, B6, B9, C, E, D, sink, selen, maqnezium və kalsium.
 
Bu maddələri adi qidalardan almaq mümkündür.
 
Kişi sağlamlığını və potensiyanı yaxşılaşdıran qidalar:
 
- Qoz, fındıq, badam, keşyu, araxis və s. Belə hesab olunur ki, araxis xüsusilə faydalıdır.
 
- Tərəvəzlər: kök, balqabaq, turp, soğan, kələm.
 
- Meyvələr: bütün sitrus meyvələri (limon, portağal, qreypfrut və s.), qara qarağat, əncir, nar, çiyələk.
 
- Göy-göyərti: cəfəri, keşniş, ispanaq, kərəviz.
 
 
- Ədviyyatlar: nanə, cirə, zirə, qara istiot.
 
- Balqabaq və günəbaxan tumları.
 
- Toyuq və bildirçin yumurtası.
 
- Ət, qara ciyər, hind quşu əti.
 
- Pendir, kəsmik, xama.
 
- Qızılbalıq, treska və treskanın qara ciyəri, krevet, krab, dəniz yosunları.
 
Milli.az
Tarix: 23-05-2022, 08:29
Xəbəri paylaş





Xəbər lenti