"Köpək uşağı hamısı bahalı maşınlar, villalar almaq üçün xalqı soyub-talayır..."


YAZMAQLA DÜZƏLMƏZ...

Amma yazırıq ki, bəlkə düzələ... Necə deyərlər, "sən saydığını say, gör fələk nə sayır...


Apteklər və onların ticarətinə rəvac verənlər, onlara rəhbərlik edənlər, əliəyri, simasızlar açıq-aşkar xalqı soyurlar!

Bu yaxınlarda İstanbula getmişdim. Oradan bir zənbil beş aylıq dərmanlarınmı alıb gətirdim. İnanan inansın, inanmayan inanmasın, Allah haqqı, peyğəmbər haqqı, yol xərcim tamamilə çıxdı! Deməli, bir illik dərman alsaydım, otelə verdiyim pullar da çıxacaqdı!

Sadəcə olaraq Bakıda dərmanların çoxu beş-altı qat baha satılır! Sonra da deyirlər deputat "dərman bossları" milyonları necə qazanıb?!

Buyurun, bu da faktlar: Şəkər xəstəliyi üçün "Kalvus Met" adlıdərman İstanbulda bizim pulla 16 manatdır, Bakıdakı apteklərdən 76 manata alırıq! Təzyiq dərmanı "Tripliksam İstanbulda 15 manatdır, Bakıda bütün apteklərdə 28 manata satılır orada".

"Avodart" 0, 5 mq yumşaq kapsul 14 manatadır, Bakıda 41 manata satılır! "Kardura" 4 mq. tablet İstanbulda 12 manata Bakıda 34 manata, "Takrolin" 0, 1 faiz məlhəm İstanbulda 6 manata, Bakıda 37 manata, "Psorcutan" 0.005 faizli məlhəm İstanbulda 5 manata, Bakıda 38 manata satılır! Adicə "Koraspin-100" İstanbulda 80-90 qəpiyə, Bakıda 4 manata "xırıd"edilir! Yüzlərlə belə faktlar var!

"Avis"apteklər şəbəkəsi, alman aptekləri isə necə deyərlər, maya qoyub xaricdən dərmanlar gətirirlər, mayalarını 7-8 qatına çıxarırlar...

Adi apteklərdə alman diş tabletni dənə ilə satırlar! Məsələn, mən yaxınlıqdakı aptekdən 32 dənəsini 12 manata alıram... Yeri gəlmişkən, qeyd edim ki, İstanbulda eyni dərmanlar hər yerdə eyni qiymətə satılır, Bakıda isə kimin kefi necə istəyir, elə satır! Köpək uşağı hamısı bahalı maşınlar, villalar almaq üçün xalqı soyub-talayır! Bu quldurların arxasında kimlər dayanır, mənə məlum olmasa da, xalqa məlumdur! Xəstə insanları, xalqı talamaq üsullarını kimlərsə axtarıb tapır! " Yəqin "simasız quldurlar" söz birləşməsi sizə tanışdır. Bu sözləri işlədənlər heç fikirləşiblərmi ki, quldurların siması olmur?

Nə qədər gec deyil, tədbir görülməlidir! Belə davam edə bilməz! İnsanlar narazıdırlar! Bir-iki dərman tüccarının varlanması naminə özbaşınalığı davam etdirmək olmaz!

Xeyrəddin QOCA,
yazıçı //moderator.az//
Tarix: 23-05-2022, 21:42
Xəbəri paylaş





Xəbər lenti