"Quru sərhədlər bu tarixə kimi açılmasa, arzuolunmaz halla üzləşəcəyik"


“İstər Çin, istər Şimali Koreya və başqa ölkələrdə COVİD-19-a yoluxmada hazırkı sıçrayışlar nəinki olmalıdır, bu, hətta qaçılmaz qanundur və təbii faiz nisbətində yoluxma baş verənə qədər davam edəcək. Bunun Azərbaycan kimi təkrari sərt karantinə getməyən və kollektiv immunitetin formalaşdığı ölkələr üçün zərrə qədər də olsa qorxusu yoxdur. Hətta həmin ölkə vətəndaşlarının bizim ölkəyə səfər etməsi halında belə”.

Siam.az sfera.az-a istinadla bildirir ki, bunu tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Mütəxəssis bildirib ki, quru sərhədlərin açılmasına əsas kimi, digər ölkələrdə epidemioloji şəraitin izlənməsinin göstərilməsi tamamilə əsassız və məntiqsiz yanaşmadır:

“Quru sərhədlər 22 iyun tarixinə kimi açılmalıdır. Buna indi yox, məsələn, iyul ayının 3-cü ongünlüyündən sonra gedilərsə, günəşin yay ekliptik vəziyyəti- spektral şüalanmanın dominant virusa təsirinin xronoloji fərqliliyi səbəbindən, biz çox ciddi və arzuolunmaz hallarla üzləşə bilərik. Çünki yaxın ünsiyyətin kütləviləşməsi, növbəti fəsli dəyişiklik zamanı, yəni payızda, koronavirus olmasa da, aqressivləşmiş digər fəsli aktiv viral infeksiyalardan birinin, nəzarətə çətin götürülə biləcək, mütləq artımına səbəb ola bilər”.

M.Qəniyev əlavə edib ki, qeyd olunan hal, psixoloji durumu hazırda nisbi də olsa normallaşmağa başlayan insanlara əsl faciə yaşadar.
Tarix: 20-06-2022, 17:35
Xəbəri paylaş





Xəbər lenti