ÜST-ün meymunçiçəyindən qazanmaq sevdası baş tutmayacaq


Dünya Səhiyyə Şəbəkəsinin meymunçiçəyi xəstəliyini pandemiya elan etməsi COVID gərginliyindən çıxmamış insanların psixologiyasına mənfi təsir etməyə başlayıb.

Bəs qarşıda bizi hansı təhlükə gözləyir? Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hansı qərarı verəcək? Meymunçiçəyi də COVID-19 kimi uzun müddətli pandemiya ola bilərmi?

A.Əliyev əminliklə bildirib ki, meymunçiçəyi ilə bağlı heç bir təhlükə gözlənilmir:

“Ümumdünya Səhiyyə Təşkilatı yenə pul qazanmaq istəyir. Doğrudur, hələ ki ÜST qərarını açıqlamayıb. Amma meymunçiçəyinin pandemiyaya çevrilməsi ehtimalı çox azdır. Meymunçiçəyinin hava-damcı yolu ilə yoluxma ehtimalı var, amma bunun üçün çox yaxın kontakt olmalıdır. Gərək ağız-ağıza dayanasan, öpüşəsən, üzünə asqırasan ki, hava-damcı yolu ilə meymunçiçəyinə yoluxasan.

Meymunçiçəyinə yoluxmuş insanın yatdığı yataqdan istifadə etsən, yoluxma halı ola bilər. Təmas yoluyla və çox yaxın məsafədən hava-damcı infeksiyası ilə yoluxma halı qeydə alınır. Ona görə də meymunçiçəyinin pandemiya olma halı minimumdur”.

Qeyd edək ki, Meymunçiçəyinə ilk yoluxma Afrikada qeydə alınıb. İndiyədək 60-dan çox ölkədə yayılıb.
Tarix: 25-06-2022, 23:29
Xəbəri paylaş





Xəbər lenti