Yeni dalğa gözləntiləri: qorxmayaq, amma…



Əldə etdiyimiz təcrübəyə güvənərək prosesi diqqətlə izləməkdə fayda var
“Biontech” peyvəndi ilə pandemiyada minlərlə insanın həyatını xilas edən Prof. Dr. Uğur Şahin bu yaxınlarda belə bir açıqlama verdi: “COVID-19-un yeni dalğası yəqin ki, yaxınlaşır. Üstəlik, bu dalğanın zərərsiz olacağına dair dəqiq və açıq zəmanətimiz yoxdur. Ona görə də biz yeni dalğaya hazır olmalıyıq”.
Yaxşı, Uğur doktor haqlıdır? Məndən soruşsanız, tamamilə doğrudur. Və rəqəmlər bunu təsdiqləyir. Məsələn, Böyük Britaniya və Fransada yoluxma artım nisbəti artıq 20 faizi ötüb, digər ölkələrdə də vəziyyət çox da fərqli deyil. Oxşar rəqəmlər Portuqaliya, İspaniya, Amerika və İsraildən gəlir.
Fransada ictimai nəqliyyatda və İsraildə qapalı yerlərdə maska taxmaq barədə xəbərdarlıq edilib. Ümumiləşdirsək, son vaxtlar hamımızın ağlında eyni suallar var: Maskalar geri qayıdacaqmı? Növbəti qış çətin olacaq? Dərhal xatırlatma dozası peyvəndi almalıyıq, yoxsa payızımı gözləyək?
Bir sözlə, COVID-19 yavaş-yavaş gündəmimizə yenidən və fərqinə varmadan daxil olur.
Mənim üçün virus əhliləşdirilib, amma…
Səhiyyə naziri Fahrettin Koca iyunun 27-də belə bir açıqlama verib: “Xəstəlik qrip kimi irəliləyir, lakin yaşlılar və xroniki xəstəliyi olanlar üçün risk yaratmaqda davam edir. Pis günlər geridə qaldı. Hər kəsə uğurlar”.
Məncə, nazir həm haqlıdır, həm də haqsızdır: Haqlıdır, çünki indiki formada virus demək olar ki, əhliləşdirilib. Haqsızdır, çünki yaratdığı xəstəliyin gücünə və yayılma qabiliyyətinə görə onu “qripə bənzər xəstəlik” kimi qəbul etmək düzgün olmazdı.
Bundan əlavə, dəfələrlə təkrar etdiyim kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) istənilən pandemiyada “pandemiyanın başlanğıcı və sonu haqqında qərar” verir. Və təəssüf ki, ÜST-dən pandemiyanın bitdiyi barədə heç bir açıqlama verilməyib.
Bu səbəbdən panikaya düşmədən, əlimizdə olan peyvəndlərə və əldə etdiyimiz təcrübəyə güvənərək prosesi diqqətlə izləməkdə fayda var. Bilək ki, hələ epidemiyanın sonu gəlməyib, epidemiya bitməyib. Yenə də deyək ki, mümkün yeni dalğa indi bizim qapımızda görünür. Qorxmayaq, narahat olmayaq, amma diqqətli olmağa davam edək.
Müəllif: Osman Müftüoğlu
Mənbə: "hurriyet.com.tr"
Tərcümə AYNA-ya məxsusdur
Müəllif: İsmayıl Məmmədli
Tarix: 5-07-2022, 08:27
Xəbəri paylaş





Xəbər lenti