Qarpızdan zəhərlənməmək üçün bunlara DİQQƏT - VİDEO


Yayın əvəzolunmaz ləzzətidir qarpız. Həm dadlıdır, həm faydalı, həm də sərfəli. Ancaq unutmaq olmaz ki, bu ləzzətdə böyük təhlükə də yata bilər. Elə ötən gün Qida Təhlükəsizliyi Agentliyi də bununla bağlı məlumat yayıb. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur.
 
Dadlı, faydalı və sərinləşdirici. Yayın vazkeçilməzi qarpız.Uşaq da sevir, böyük də. Amma bəzən qarpız təhlükə mənbəyi də ola bilir.
 
Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı məlumat yayıb.
 
Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur.
Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir.
 
Müsahibim deyir ki, 17 ildir, səyyar qarpız- yemiş satışıyla məşğuldur. Satdığı qarpızlar ekspertizadan keçirilib gətirilir. Əgər tərkibindəki nitrat çox deyilsə qarpızdan zəhərlənmə halı baş verməz. Qarpızı sərin olmayan yerdə yalnız 5-6 gün saxlamaq olar. Əks halda zəhərlənmə baş verər. Sərin yerdə isə saxlama müddəti 10 günədək uzana bilir. 
 
Bəzi sakinlər isə qarpız alarkən saxlanma şəraitinə fikir vermədiklərini deyirlər.
 
Qida Təhlükəsizliyi Agentliyindən o da bildirilib ki, Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir".
 
Yemiş alarkən də ehtiyatlı olmaq lazımdır.
 
Yediyimiz zəhərə dönməsin deyə qarpız-yemiş alarkən diqqətli olmaq tövsiyə olunur.
 
 
 
Tarix: 7-07-2022, 08:27
Xəbəri paylaş





Xəbər lenti