Azərbaycanda karantinə hazırlıq?- “Şişirdilməyə bənzəyən proses gedir”- Deputat
Son həftə dünya ölkələrində COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə ərzində xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. Azərbaycanda da koronavirusa yoluxma faizi əvvəlki həftələrə nisbətən yüksəlib. Artımla bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
Birgə məlumatda əhalinin virusdan qorunmaq üçün sanitar - gigiyenik qaydalara əməl etməsi, immuniteti gücləndirmək üçün üçüncü doza ilə ("buster") peyvəndlənmə olunması qeyd olunub. Əgər yoluxma dinamikası intensivləşərsə, müvafiq addımların atılması məsələsinə baxıla biləcəyi də məlumatda yer alıb.
Azərbaycanda karantin qaydaları sərtləşdirilə bilərmi? Hansı qadağalar geri qayıda bilər?Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa
Cebhe.info-ya bildirib ki, koronavirusa yoluxma hallarının artması ilə bağlı məlumatlar əsaslandırılmalıdır:
"Burada hansı siyasətin aparıldığını bilmirəm. Verilən məlumatların doğruluğunun mənim özüm üçün inandırıcılıq qabiliyyəti aşağıdır. Niyə bu addım atıldığını bilmirəm. Ona görə də xəstəliyin həqiqətən yayıldığını əsaslandırmaq lazımdır. Yoxsa əhaliyə hansısa formada məhdudiyyət qoymaq xatirinə edilirsə, yəni gərək araşdırıb cavab verəm. Şişirdilməyə bənzəyən bir proses gedir".
Tarix: 9-07-2022, 22:31