Amerika alimləri xəritədə koronavirus pandemiyasının başladığı nöqtəni göstərdilər...
2020-ci ildə başlanan koronavirus pandemiyasının episentri Çinin Uxan şəhərindəki "Xuanan" dəniz məhsullarının topdansatış bazarı olub.
Moderator.az xəbər verir ki, bu barədə Arizona universiteti alimlərinin "Sayens" jurnalında iyulun 26-da dərc edilən elmi tədqiqatında deyilir.
Geniş və ekoloji təhlil aparmaq üçün alimlər kartoqrafik alətlər və sosial şəbəkələrdəki hesabatlardan istifadə ediblər.
Onlar güman edib ki, virus canlı heyvanlarda olub, hərçənd, "dəqiq şərait aydın deyil".
"Biz iddia edə bilərik ki, SARS-CoV-2-yə həssas olan canlı məməlilər 2019-cu ilin sonunda bazarda satılıb.
SARS-CoV-2-nin müsbət nəticələri canlı məməliləri satan satıcılarda və orada alış-veriş edən alıcılarda aşkar edilib. Sonradan virus ətraf yerli əhali arasında yayılmağa başlayıb.
Beləliklə, alimlər kartoqrafik olaraq virusun iki yayılma yolunu müəyyən edib:
- A xətti- 2019-cu ilin dekabrında vəhşi heyvanların satışı baş verən bazarın hissəsində aşkar edilən hallar;
- B xətti- 2020-ci ilin yanvarında bazarın ətraf rayonununda və onun hüdudlarından kənarda aşkar edilən hallar.
Tədqiqatçıların sözlərinə görə, "Xyanan" bazarında satılan heyvanlar həmçinin SARS-CoV-1 koronavirusa həssas olub. Və məhz onlar 2002-2004-cü illərdə "pnevmoniyanın izah edilməz halları"nın mənbəyi olub.
Bu, tədqiqatçıları belə bir hipotezə sövq edib ki, SARS-CoV-2 də belə meydana çıxıb.
Tarix: 28-07-2022, 08:47