"Əncir yeyin. Əgər Cənnətdən enən bir meyvə söyləyəcək olsaydım, bunun əncir olduğunu söyləyərdim..."
(Hz. Məhəmməd Peyğəmbər (s.ə.v) "Əncir həzmə müsbət təsir edir, ürək-damar sistemini tənzimləyir, sümükləri möhkəmləndirir, allergiyalarda faydalıdır..."
Əncirin qida rasionunuza əlavə etməyin 5 səbəbi Əncir şirin və faydalı meyvədir, həm təbii, həm də qurudulmuş formada ləzzətlə yeyilir.
Eyni zamanda onu salatlara, pendirə əlavə edib, desertləri "bəzəyirlər".
Bu gün biz əncirin sağlamlıq üçün beş faydasından danışacağıq.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Əncir ağacı ən qədim mədəni bitkilərdəndir. Əvvəllər o, Ərəbistanda, sonralar isə Suriyada, Finikiyada, Misirdə və İsraildə yetişdirilib.
Qezerdə aparılan qazıntılar zamanı neolit dövrünün qurudulmuş meyvələrin qalıqları aşkar edilib.
Həmçinin bu ağac barəsində İncildə sülh və çiçəklənmə rəmzi kimi təqdim edilir.
Quranda adı çəkilən 7 meyvənin sırasında əncir də var.
Sevgili Peyğəmbərimiz Hz.Məhəmməd (s.ə.v) əncirin Cənnət meyvəsi olduğunu deyib və belə buyurub:
"Əncir yeyin. Əgər Cənnətdən enən bir meyvə söyləyəcək olsaydım, bunun əncir olduğunu söyləyərdim. Çünki Cənnət meyvələrinin çəyirdəyi olmaz (xurma və zeytun kimi çəyirdəyi yeyilmədən atılan meyvələr nəzərdə tutulmur)". Əncir yeyin, çünki babasilin qarşısını alır, oynaq ağrılarını adadan qaldırır".
Vitaminlər və minerallar dəryası Əncir A, B1, B2 və K vitaminləri, həmçinin kalsium, maqnezium, dəmir, fosfor, manqan, natrium və kalium mineralları ilə zəngindir. Bundan başqa, əncir ağacının meyvələrinin tərkibində çoxlu antioksidant və çoxlu miqdarda qida lifləri var. Yeri gəlmişkən, alimlərin tədqiqatlarına görə, əncir qurudulandan sonra sağlamlıq üçün faydası artır.
Həzmə müsbət təsir edir Əgər nə zamansa qəbizliyə qarşı təbii vasitələrlə maraqlanmısınızsa, o zaman qurudulmuş əncirin tövsiyə edildiyi ilə rastlaşmısınız.
Həqiqətən də bu, yaxşı məsləhətdir, çünki bu formada olan meyvənin tərkibində xüsusilə çoxlu miqdarda qida lifləri var, bu da qəbizliyi azaldır, həzm sisteminə faydalı bakeriyalar əlavə edir, onun işini asanlaşdırır.
Qıcıqlanan bağırsaq sindromu olan 150 nəfər könüllünün iştirak etdiyi tədqiqat göstərib ki, gündə iki dəfə təxminən 4 qurudulmuş əncir (45 q) istifadə edənlərdə nəzarət qrupuna nisbətən xəstəlik əlamətləri, o cümlədən ağrılar, şişkinlik və qəbizlik əlamətləri xeyli azalıb.
Həmçinin həzmin yaxşılaşdırılması üçün suya sıxılmış təzə əncir də əla vasitədir.
Amma nəzərə alın ki, bu tədbirlərdən sui-istifadə etmək olmaz, əks halda əks effekt alına bilər.
Qan və ürəyin sağlam fəaliyyəti üçün faydalıdır Tərkibində çoxlu miqdarda kaliumun olması səbəbindən əncir ürək-damar xəstəlikləri olan pasientlərə tövsiyə edilir. Yuxarıda deyildiyi kimi, əncirin tərkibində çoxlu miqdarda qida lifləri və antioksidantlar var, bu da xolesterinin səviyyəsini azaltmağa və hətta aterosklerozun qarşısını almağa kömək edir.
Bundan başqa, bir çoxlarımız qida ilə çoxlu duz alırıq, emal edilən məhsullarda onun miqdarı çox olur. Natriumdan həddən artıq istifadə edilməsi kalium çatışmazlığına gətirib çıxara bilər, iki mineraı arasında yaranan belə disbalans qan təzyiqini yüksəldə bilər. Tərkibi meyvə-tərəvəzlə, o cümlədən təzə əncirlə zəngin olan pəhriz orqanizmdə kaliumun miqdarını artırır, nəticədə qan təzyiqi aşağı düşür.
Sümükləri möhkəmləndirir Əncirin tərkibində iki mineral-kalsium və maqnezium sümüklərin sağlam və möhkəm olmasında aparıcı rol oynayır. Faktiki olaraq yarım fincan qurudulmuş əncir yarım fincan südün tərkibində olan miqdarda kalsiumla təmin edir. Bundan başqa, əncirin tərkibində stronsium adlı birləşmə var ki, sümük və dişlərin sağlamlığına kömək edir.
Allergiyalar zamanı dəriyə müsbət təsir edir Bəzi insanlarda əncirə qarşı allergik reaksiya olur, digər tərəfdən isə əncir allergiya səbəbindən dəri qaşınması və quruluqda faydalı ola bilər. Atopik dermatitli 45 nəfərin iştirak etdiyi tədqiqat göstərib ki, qurudulmuş əncir ekstraktından hazırlanan kremdən gündə iki dəfə istifadə edilməsi standart müalicədən daha səmərəlidir.
Tarix: 14-08-2022, 08:17