Adil Qeybulla : Biz payızda pandemiya ilə vidalaşacağıq


"Koronavirusun mutasiyaları davam edir. Omikron heç də mutasiya edən sonuncu ştam deyil. Bu mutasiya variantları yoluxuculuq indeksinin artması ilə müşahidə olunur. Virusun yoluxma potensialı çox yüksəkdir. Amma öldürücülük və ağırlaşma qabiliyyəti xeyli aşağıdır. Bütün bunlar pandemiyanın sonunun yaxınlaşmasına işarədir". 
Bunu Musavat.com-a tibbi elmləri doktoru, professor Adil Qeybulla deyib.
Həkim bildirib ki, biz payızda pandemiya ilə vidalaşacağıq:
8365bc05-1661-3475-bf49-7f0a02518054_850.jpg (61 KB)
"Qapanmalar yoluxmaların qarşısını almaq üçündür. Karantin qaydalarının sərtləşməsi ola bilər. Ciddi qapanmaların olacağını düşünmürəm. Kütləvi tədbirlərin say tərkibi baxımından müəyyən restriksiyası ola bilər. Qapalı mühitdə müəyyən karantin qaydalarının gözlənilməsi zərurəti yarana bilər. İnsanlar unutmamalıdır ki, biz hələ pandemiyanın içərisində yaşayırıq, pandemiya bitməyib. Düşünürəm ki, biz ehtiyatı hələ saxlamalıyıq. Yoluxma potensialı nə qədər az olsa, bir o qədər yaxşıdır. Çünki az da olsa, ölüm halları var. İmmun sistemi zəifləmiş ağır xəstələr də var ki, onlar bu intoksikasiyaya dözməyib ölürlər. Ona görə də karantin qaydalarına əməl etmək zərurətimiz hələ qalır". 
Adil Qeybula meymunçiçəyi virisundan da danışıb:
"Meymunçiçəyi poks viruslara aiddir və insanda təbii çiçək yaradan "smallpox" virusuna yaxın ailədəndir. Bu virus ilk dəfə meymunlarda aşkar olunsa da, başqa heyvanlarda daha çox rezervuardır. Virusun mütəmadi olaraq sporadik ocaqları müəyyən dövrlər ərzində olub, lakin ciddi bir epidemiya olmayıb. Amma hazırda yaranmış vəziyyəti biz epidemiya kimi dəyərləndirə bilmərik. Çünki intensivlik faizi aşağıdır. Amma virusun yayılması davam etdiyindən profilaktik tədbirlər görülməlidir. Vaksinasiya məsələsi də gündəmə gəlməlidir. Mən hesab edirəm ki, meymunçiçəyinin bu şəkildə yayılması bir daha göstərir ki, istənilən an ötən əsrin 80-ci illərində erodikasiya olması düşünülən təbii çiçək virusunun özü də nə vaxtsa baş verə bilər. 42 yaşdan aşağı olan əhali demək olar ki, vaksinasiya olunmayıb. Onlar o virusa qarşı tamamilə davamsızdırlar. Ona görə də böyük bir faciə yaşana bilər. Yəni istənilən vaxt təbii çiçək virusunun da baş qaldırması meymunçiçəyi kimi gündəmə gələ bilər. Hər halda meymunçiçəyinə biganə yanaşmaq olmaz. Vaksinasiya, profilaktik tədbirlər, xəstənin vaxtında izolyasiya olunması həyata keçirilməlidir". 
Tarix: 22-08-2022, 15:43
Xəbəri paylaş





Xəbər lenti