Cəfərinin səkkiz möcüzəsi... - Ondan istifadənin sağlamlıq üçün heyrətamiz üstünlükləri...

Cəfərinin səkkiz möcüzəsi... - Ondan istifadənin sağlamlıq üçün heyrətamiz üstünlükləri...
"Əgər ağız boşluğundan xoşagəlməz qoxunu təcili olaraq aradan qaldırmaq lazımdırsa, cəfəri yarpağını çeynəyin..."
Cəfəri iltihabı azaldır, sümükləri möhkəmləndirir, qırışları aradan qaldırır, həzmə kömək edir, tənəffüsü təravətləndirir, sidik yolu infeksiyalarında kömək edir, görməyə müsbət təsir edir, ürək-damar xəstəliklərindən qoruyur..."
 
Biz uşaqlıq illərindən öz şorba və salatlarımıza dadlı və ətirli olması üçün cəfəri əlavə etmişik, bu zaman bu ətirli göyərtinin faydası haqqında düşünməmişik. Ehtimal ki, cəfərinin tərkibində vitaminlər və mineralların miqdarı barədə bilgi əldə edəndən sonra siz bu göyərtini daha da çox sevəcək və istisnasız olaraq bütün yeməklərinizə əlavə etmək istəyəcəksiniz.
 
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Cəfəri bütün dünyada məşhur olan unikal bitkidir, təkcə kulinariyada deyil, alternativ təbabətdə də geniş istifadə olunur. 
 
Cəfərinin yarpaqları, gövdəsi, kökləri-bütün hissələri faydalıdır və insan orqanizmini sağlamlaşdırır.
 
Üstəlik, bu göyərti planetdə 7 ən faydalı bitkilərin-darçın, şalfey, sarıkök, zəncəfil, kəklikotu və qırmızı bibərin sırasındadır.
 
Biz cəfəriyə xüsisi diqqət yetirib sağlamlıq üçün hansı faydaların olduğunu aydınlaşdırmaq qərarına gəlmişik.
 
1. İltihabı azaldır
 
İltihab ən təhlükəli ümumi əlamətlərdən biridir, çünki bir çox xəstəliklərin inkişafına və orqanizmin zəifləməsinə gətirib çıxarır.
 
Cəfərinin tərkibində çoxlu miqdarda antioksidant, C, A və E vitaminləri var ki, onlar da orqanizmdə iltihabi prosesləri azaldır, həmçinin flavonoidlər var ki, bir çox xroniki xəstəliklərin, o cümlədən xərçəng, ateroskleroz, Altsheymer xəstəliyi, Parkinson xəstəliyi və bir çox başqa xəstəliklərin riskini azaıdır.
 

 
2. Sümükləri möhkəmləndirir
 
Cəfərinin tərkibində K vitamini var, sutkalıq normanı bu göyərtinin 10 saplağından almaq olar. Bu faydalı maddə orqanizmə kifayət qədər daxil olsa, sümüklər möhkəm və sınıqlara davamlı olacaq, çünki K vitamini onların formalaşması, habelə qanın laxtalanması üçün istifadə edilən zülala görə cavabdehdir.
 
3. Qırışların meydana çıxmasının qarşısını alır
 
Cəfəri təkcə daxili orqanlar üçün deyil, həm də dərinin cazibəli zahiri görünüşü üçün faydalıdır. Onun tərkibində olan C vitamini orqanizmdə kollagen maddəsinin əmələ gəlməsi üçün lazımdır, bu maddə dəriyə xüsusi quruluş, möhkəmlik, elastiklik verir və kiçik qırışları hamarlayır.
 
4. Həzmə kömək edir
 
Cəfəri iştahanı artırır, həzmi yaxşılaşdırır, habelə qaz əmələ gəlməsinin və qarın ağrılarını azaldır. Bütün bunlar onun tərkibində olan orqanizmdə qazların kənar edilməsinə kömək edən təbii birləşmələrin sayəsində baş verir.
 
5. Tənəffüsü təravətləndirir
 
Əgər ağız boşluğundan xoşagəlməz qoxunu təcili olaraq aradan qaldırmaq lazımdırsa, amma əlinizin altında saqqız yoxdursa, o zaman bir neçə cəfəri yarpağını çeynəməyə çalışın. Bu, xüsusilə sarımsaq və soğandan sonra xoşagəlməz qoxunu kifayət qədər effekli olaraq neytrallaşdıracaq. Amma sonra göyərtinin xırda hissəciklərinin dişlərinizdə ilişib qalmadığını yoxlamağı unutmayın.
 

 
6. Sidik axarı yollarının infeksiyalarında kömək edir
 
Əgər siz müntəzəm olaraq sidik ifrazı yollarının infeksiyalarından əziyyət çəkirsinizsə, öz qida rasionunuza daha çox cəfəri əlavə edin. Bu göyərtinin tərkibində bağırsaq, sidik kisəsi və uşaqlıq əzələlərinin yığılmasını stimullaşdırır, bu da sidik yollarının infeksiyalarında, mədə xorasında və hətta menstrual ağrılarda kömək edəcək.
 
7. Görməyə müsbət təsir edir
 
Cəfərinin tərkibində A vitamini var, kifayət qədər istifadə etdikdə gözlərin sağlamlığı və yaxşı görmə üçün vacibdir. Həmçinin gözlərin quruluğunun, toyuq korluğunun və kataraktanın qarşısını alır.
 
8. Ürək-damar xəstəliklərindən qoruyur
 
Cəfərinin tərkibində fol turşusu var, bu maddə homosistein adlanan aminturşusunun səviyyəsini normallaşdırır, bu da çox vacibdir, çünki onun miqdarı həddən artıq çox olanda ürək-damar xəstəlikləri riski yüksəlir. Lakin, C vitamini kimi, fol turşusu istiliyə həssasdır, ona görə də cəfərini isti yeməklərə əlavə etmək yox, təzə şəkildə yemək məsləhətdir.
 
Healthy Walla
Tarix: 26-08-2022, 14:47
Xəbəri paylaş





Xəbər lenti