Tromb əmələ gəlməsin deyə nə qədər maye içməlisiz?
Dietoloq insanı tromblaşmadan xilas edəcək maye miqdarı barədə məlumat verib.
Bakupost.az xəbər verir ki, həkim Marqarita Koroleva qanı durulaşdırmaq üçün lazımi şərt və içkiləri açıqlayıb."Trombozun profilaktikası üçün qanın qatılaşmasına imkan vermək olmaz. Xüsusən isti havada qan qatılaşır, çünki orqanizm susuzlaşır.
İnsan hər kiloqram çəkisinə 33 ml olmaqla maye qəbul etməlidir. Sutka ərzində xüsusən səhərdən axşam 6-a kimi qazsız, soyuq olmayan adi suyu fasilələrlə içmək lazımdır.
Su maye məhlullar içində ən yaxşı aktivliyə malikdir, yüngüldür, zərərsizdir.
O limfodrenaj və detksikasiya effekti verir.
Eləcə də qanı limon suyu qatılmış su və nar şirəsi yaxşı durulaşdırır. Onlarda C və P vitamini vardır ki, qan dövranı sistemini tənzimləyir.
Xüusən 50 yaşdan yuxarı insanlar üçün bu vacibdir.
Həmçinin qanı təmizləmək, lipid səviyyəsini düzəltmək üçün çuğundur və şirəsi lazımdır".
Tarix: 29-08-2022, 14:46