Bakıda son günlər rotavirus infeksiyası yayılıb - RƏSMİ
"Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb".
Siam.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.
O bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır:
"Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr gösətir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır".
Tarix: 31-08-2022, 16:19