Xırdalan xəstəxanasında İZDİHAM - İnsanlar bir-birinə...

Xırdalan xəstəxanasında İZDİHAM
Xırdalanda yerləşən poliklinikaların birində növbədə gözləyən insanlar arasında narazılıqlar yaranıb.

DİA.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova Lent.az-a açıqlama verib.

Onun sözlərinə görə, məktəblərin açılmasına az qalmış sağlamlıq haqqında arayışın tələb olunması xəstəxanalarda sıxlığa səbəb olub:

“Yeni tədris ilinin başlanması ilə əlaqədar ümumtəhsil müəssisələrində valideynlərdən sağlamlıq haqqında arayışlar tələb olunur. Arayışların alınması üçün müraciətlərin çox olması səbəbindən tibb müəssisələrində sıxlıq müşahidə olunur. Hazırda növbə prinsipi əsasında arayışların verilməsi keçirilir".

Qeyd edək ki, daha çox sıxlığın qeydə alındığı Abşeron rayon Mərkəzi Xəstəxanasına 3 qeydiyyatçı, pediatr, nevropatoloq, kardioloq, oftalmoloq, cərrah olmaqla 17 həkim, rentgen və qan kommentləri üzrə isə 7 tibb işçisi 1000-dən çox müraciət üzrə xidmət göstərməkdədir.

Şöbə müdiri bununla bağlı valideynlərə çağırış edib:

“Yaranan sıxlıqla bağlı TƏBİB-in idarə heyətinin sədri Vüqar Qurbanov bu gün Abşeron rayon Mərkəzi Xəstəxanasında olub. Xidmətin təşkili ilə yerində maraqlanıb.

Biz də valideynlərdən müraciətin çox olmasını və arayışların verilməsi üçün uşaqların zəruri tibbi müayinələrdən keçmələrini müəyyən zaman tələb etdiyini nəzərə alaraq məsələyə daha həssas yanaşmalarını və səbirli olmalarını xahiş edirik”.



Tarix: 6-09-2022, 22:27
Xəbəri paylaş





Xəbər lenti