"Soyuq duş stresi azaldacaq, immun sisteminizi möhkəmləndirəcək, depressiyanın öhdəsindən gəlməyə, çəkinizin azalmasına kömək edəcək, iradənizi gücləndirəcək..."
Getdikcə daha çox məşhurlar və populyar blogerlər insanları isti və ya qaynar duş əvəzinə buzlu duş qəbul etməyə çağırış edir.
Onların sözlərinə görə, belə vərdişin sağlamlıq üçün stresin azalmasından və immun sisteminin möhkəmlənməsindən çəkinin azalmasınadək çoxsaylı üstünlükləri var.
Doğrudanmı belədir?
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
Avstraliya saytlarının birində "Doktor Zakdan soruş" sütununda Melburndan 28 yaşlı Eloiza doktor Ternerə yazıb ki, bu metod ona şübhəli görünür və sual edib: "Bu mübahisəyə birdəfəlik son qoymaq üçün tibbi nöqteyi-nəzərdən mən xoşagələn qaynar duşu soyuq və yandırıcı duşla əvəz etməliyəmmi?".
"Bu suala cavab vermək çətindir, çünki eyni zamanda həm təsdiq, həm də inkar etmək olar. Bəli, soyuq duş faydalıdır, amma, yox, mən inanmıram ki, Siz öz sağlamlığınız naminə qaynar duşdan imtina etməlisiniz. Qaynar su sizi öldürməyəcək, lakin əgər sizə maraqlıdırsa, həftədə bir neçə dəfə soyuq duş qəbul etmək sizə dəqiq zərər vurmayacaq", - doktor belə cavab verib və, onun fikrinə görə, bu vərdişin üstünlüklərini sadalayıb.
Stresin azalması "Soyuq duşun müntəzəm olaraq qəbulu bədəninizi stresə təhrik edir, - ekspert izah edir, - bu, bədənin möhəmləndirilməsinə gətirib çıxarır. Tədricən sinir sisteminiz belə səviyyəli stresə vərdiş edir, nəticə etibarilə siz gündəlik həyatınızda qəfləti streslərin öhdəsindən daha yaxşı gəlməlisiniz".
İmmun sisteminin möhkəmlənməsi Təqdiqatlar göstərib ki, soyuq duş orqanizmdə leykositlərin sayını artırır.
"Bu balaca "uşaqlar" sizin bədəninizi xəstəliklərdən qoruyur, - doktor Terner izah edib. - Tədqiqatlar nə qədər soyuq duş qəbul etmək lazım olduğunu göstərib, lakin mən bunu həftədə 2-3 dəfə etməyi tövsiyə edərdim ki, nəticə əldə olunsun".
Depressiyanın öhdəsindən gəlməyə kömək edəcək Depressiya ilə mübarizə aparanlar üçün soyuq duş bədəni şoka təhrik edə bilər, bunun da sayəsində beyinə elektrik impulsları daxil olacaq. Bu effekti avtomobil mühərrikinin yenidən işə salınması ilə müqahisə etmək olar.
"Sizin beyniniz oyanacaq, sayıqlığınız, ağlın aydınlığı və enerjiniz yüksələcək", - ekspert deyib və əlavə edib ki, bu proses nəticəsində endorfinlər azad olacaq, bu da rahatlıq və xoşbəxtlik gətirəcək.
İradənin gücünün məşq etdirilməsi Doktor Terner qeyd edib ki, onun fikrinə görə, öz gününü soyuq duşla başlayan əksəriyyət populyar şəxslər bunu ilk növbədə ona görə edir ki, dözümlülüyünü və xarakter gücünü artırsın.
"Bu doğrudur ki, soyuq duş beyninizin xoşagəlməz şeyləri etmək üçün məşq etdirilməsinin əla üsuludur", - o, izah edib.
Çəkinin azalması Ekspertin sözlərinə görə, aşağı temperaturun təsiri qonur piyin ifrazına kömək edir, bu piy toxumasının xüsusi tipidir, kalorinin yanması hesabına enerji istehsal edir.
"Əgər siz bir neçə kiloqramdan azad olmaq istəyirsinizsə, xüsusilə məşqlərdən sonra soyuq duş qəbul etməyə başlamaq lazımdır", - doktor Terner deyir.
Beləliklə, nədən başlamaq lazımdır? Kəskin hərəkətlər etmədən həftədə bir dəfə soyuq duş qəbul etmək lazımdır. Daha sonra onun sayını ikiyə, sonra üçə çatdırmaq olar, bundan sonra siz soyuq suda yuyuna bilərsiniz.
"Burada bir hiylə var-tədricən adi qaynar duş qəbulunun sonunda suyun hərarətini özünüzü rahatsız hiss edənədək azaldın. Sonra iki dəqiqə ərzində soyuq suyun altında qalın. Dərindən nəfəs alın ki, bu məqamı yaşaya biləsiniz. Növbəti dəfə suyu daha soyuq edin, daha sonra bir az da soyuq edin", - ekspert məsləhət görüb.
Sonda doktor Terner ona sual verən qıza müraciət edib və onu əmin edib:
"Elioza, qaynar duş sizə zərər verməyəcək və xəstəlikləri təhrik etməyəcək. Yadda saxlayın ki, sağlamlığın qorunmasının başqa üsulları da var, məsələn, çoxlu su içmək və təzə meyvə-tərəvəz yemək. Səhiyyədə meyllərə uymayın, sadəcə, əsaslara əməl edin".
Healthy Walla
Tarix: 8-09-2022, 08:49