Əhliman Əmiraslanov: “Böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir”


“Mən hər dəfə Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinə büdcədən ayrılan vəsaitin artırılması məsələsini qaldırıram”.
 
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.
 
Komitə sədri bildirib ki, 10 ildir büdcədən ayrılan vəsait 42 milyon manatdır və artmır: “Bu gün ölkədə böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir. Çünki artıq oradakı avadanlıqların istifadə müddəti bitir. 10-15 ildir həmin avadanlıqlar dayanmadan işləyir. Amma büdcə müzakirələrində mən bu məsələni qaldıranda deyirlər, dürüstləşmədə baxılacaq və s. Amma bu vəsait artmır. Digər tərəfdən, büdcədən vəsaitin artması ilə bu problemin həlli mümkün deyil. Bunun həlli onkoloji xəstəliklərin də icbari tibbi sığorta vasitəsilə qarşılanmasıdır. Bu məsələ öz həllini tapmalıdır”.
Tarix: 20-09-2022, 17:48
Xəbəri paylaş





Xəbər lenti