Kürəyin sol tərəfdən ağrısı heç də həmişə ürəkdən qaynaqlanmır. İnsanlar qorxur və dərhal kardioqramma çəkdirir.
Siam.az xəbər verir ki, kardioloq Nataliya Çuiç nevralgiya ilə ürək ağrısının fərqini izah edir."Ürəkdə ağrı infarkt, anevrizma, stenokardiya, aritmiya səbəbindən ola bilər.
Nevralgiya ilə ürək eyni oxşar simptomlar verir. Sol tərəfdən qola yayılan ağrı, sancı, qabırğaaltı spazm.
Nevralgiya ağrısında insan kürəyində ağrı nöqtəsini tapıb sıxanda ağrı yerini təyin edir.
Eləcə də hərəkət edəndə ağrı artır, uzananda azalır.
Nevralgiya tutması uzun müddət, saatlarla, günlərlə çəkir. Ürək ağrısı isə dalğavari ağrıdır, kəsir, birdən yayılır.
Nevralgiyada ağrı deşici, uzun, monotondur, ürəkdə isə döş qəfəsi sıxılır, yanır, basqı olur.
Nevralgiyada üz qızarmır, tənəffüs pisləşmir, ürəkdə insan nəfəsinin daraldığını hiss edir.
Eləcə də mədə xorası, mədəaltı vəzi ağrısı, əzələ spazmı, ağciyər pnevmoniyasında da soldan qola yayılan ağrı ola bilər.
Amma belə ağrı olarsa, mütləq birinci kardioloqa gedib infarkt istisna olmalıdır, daha sonra nevroloq baxışı. Xüsusən yaşlı kişilər,qadınlar sinir ağrısıdır deyib, qiymətli vaxtı itirməsin".
"Medicina"
Tarix: 30-09-2022, 17:06