Mədə xərçəngini yaradan qidalar - Onkoloqdan


Qeyri-sağlam qidalanma vərdişləri mədə xərçənginin yaranmasına açar rolu oynayır.
Onkoloq İvan Karasev mədə xərçənginə səbəb olan qidaları açıqlayıb.
"Mədə xərçəngi riski 50 yaşdan sonra aktivləşir. Təbii ki, 50 yaşına qədər yedikləriniz, vərdişləriniz artıq öz işini görür.
Mənim müşahidəmə görə, xərçəng olanlar daima duz və duzlu yeyiblər. Onları yeməyi az qala şor halına gətirənə qədər duzlayıb yeyiblər.
Eləcə də hisə verilmiş ət, quru ət, kolbasa, duzlu ət məhsulları nitratlarla zəngindir.
Erkən mərhələdə xəstəlik özünü uğurla gizlədir. Spesifik simptom demək olar olmur.Ona görə 45 yaşdan sonra hər 2-3 ildən bir endoskopik müayinə vacibdirş
Yaponiyada mədə yoxlanması məcburi yoxlamalar arasındadır, ona görə burda mədə xərçəngindən ölüm dünyada ən aşağıdır.
Əgər mədədə ağırlıq, yanma, deşilmə hissi varsa mütləq yoxlanın.
Gəncliyində mədə xorası, qastriti olanlar isə xüsusulə diqqətli olmalıdır". \\Medicina
Tarix: 2-10-2022, 10:06
Xəbəri paylaş





Xəbər lenti