Alimlər müəyyən edib ki, bu tərəvəz qanda şəkərin miqdarını 50 faiz aşağı salır...

Alimlər müəyyən edib ki, bu tərəvəz qanda şəkərin miqdarını 50 faiz aşağı salır...
"Soğan ekstraktının metforminlə birgə qəbulu qanda şəkərin miqdarını xeyli aşağı salır..."
Son illərdə aparılan tədqiqatların nəticəsi göstərir ki, bu ucuz və əlçatan tərəvəz qanda şəkərin miqdarını 50 faiz aşağı salmaq qabiliyyətinə malikdir. 
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Express" nəşri yazıb.
 
40 yaşından yuxarı hər 10-cu britaniyalı ikinci tip diabetdən əziyyət çəkir. 
 
Bu xəstəliyin səbəbi ondan ibarətdir ki, qanda şəkərin səviyyəsini nizamlayan insulin hormonu kifayət qədər ifraz edilmir.
 
Xoşbəxtlikdən, bunun qarşısını alınmasının ən yaxşı üsullarından biri pəhrizdir. 
 
Soğan çox populyar tərəvəzdir. Alimlər müəyyən edib ki, "Allium cepa" soğan ekstraktı metforminlə birgə istifadə edildikdə qanda şəkərin miqdarını əhəmiyyətli dərəcədə aşağı salır. 
 
Metformin ikinci tip diabetdə istifadə edilən şəkəri aşağı salan əsas vasitədir. 
 
"Soğan ucuz və əlçatandır və ondan tez-tez qida əlavəsi kimi istifadə edilir,- bunu tədqiqatı aparan alimlərdən biri Entoni Oci deyir.
 
Alimlər soğan ekstraktını siçovullar üzərində sınaqdan keçirib. 
 
Diabetdən əziyyət çəkən siçovullar 3 qrupa bölünüb və onlara müxtəlif dozada soğan ekstraktı verilib. 
 
Tədqiqatçılar onun metforminə təsirini gücləndirməsini yoxlamaq istəyib.
 
Siçovullara hər kq çəkiyə 200, 400 və 600 mq soğan ekstraktı verilib. 
 
Bundan başqa, qanda şəkəri normal olan siçovullara da metformin və soğan ekstaktı verilib. 
 
Alimlər müəyyən edib ki 400 və 600 mq soğan ekstraktı alan diabetli siçovullarda qanda şəkərin miqdarı müvafiq olan 35 və 50 faiz aşağı düşüb. 
 
Üstəlik, bu populyar tərəvəz xolesterinin də miqdarın aşağı salır. 
 
Məlumdur ki, xolesterinin yüksək miqdarı bir çox ciddi xətəstəliklər, o cümlədən insult və infarkt riskini yüksəldir.
 
Qlükozada olduğu kimi, hər kq çəkiyə 400 və 600 mq soğan ekstraktı yüksək xolesterinlə də mübarizədə səmərəli olub. 
 
Lakin diabeti olmayan siçovullarda soğan ekstraktının qəbulu onların çəkisinin artmasına gətirib çıxarıb. Hərçənd, bu xəstəlikdən əziyyət çəkən siçovulların çəkisinə təsir etməyib. 
 
"Soğanın tərkibində kalori azdır,- porofessor Oci izah edir. - Lakin o, çox güman ki, maddələr mübadiləsini sürətləndirir, nəticədə iştah yüksəlir və heyvan daha çox yeməyə başlayır. 
 
Bu tədqiqat heyrətamiz nəticələr versə də, alimlər hələlik, soğanın tərkibində olan hansı maddənin şəkərin miqdarını aşağı salınmasını əminlikdə deyə bilmir.
 
"Biz soğanın qanda şəkərin miqdarını aşağı salan mexanizmini hələ öyrənməliyik. Hələlik, biz bunu izah edə bilmirik,- ekspert əlavə edib.
 


Tarix: 2-10-2022, 21:49
Xəbəri paylaş





Xəbər lenti