Dərman bazarında BÖHRAN - "Bir neçə aydır ki, vəziyyət belədir..."

Dərman bazarında BÖHRAN
Milli Məclisin 11 oktyabrdakı iclasında, millət vəkili Rüfət Quliyev ölkədəki dərman qıtlığı barəsində məsələ qaldırıb. Siam.az-ın məlumatına görə, deputat bildirib ki, bir neçə həkim ona məlumat göndərib:

“Bu müraciətlər TƏBİB-ə aiddir. Bu gün bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur. Buna görə də 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi isə qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir.

Bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır".

Sözügüdən dərmanların tibdə çox vacib olduğunu deyən tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı "Sherg.az"a bildirib ki, adıçəkilən dərmanların yenidən ölkəyə gətirilməsi çox vacibdir:

"Bu dərmanlar kardiologiya, cərrahiyyə, anesteziya kimi vacib şöbələrdə işlənir. Bunlarsız bir çox əməliyyatlar və tibbi müdaxilələr imkansız olur. Hətta anafilaktik şok və ilkin tibbi yardım zamanı da "Adrenalin"dən istifadə olunur.

Bunların hər biri tibb məntəqəsinin dərman dolabında mütləq yer almalı olan dərmanlardır. Bunlar dövlət səlahiyyətində olan məsələlərdir və tədbirlər əvvəlcədən görülməli idi.

Bir neçə aydır ki, vəziyyət belədir. Bunlar elə pereparatlardır ki, onların əvəzedicisi də yoxdur. Bunun ehtiyyat tədbirləri mütləq nəzərə alınmalı idi".
Tarix: 12-10-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti