Məhkəməlik olan apteklər zənciri görün hansı deputata məxsusdur


"Dokta” MMC məhkəməyə verilib.
32gun.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.
Belə ki, “Dokta" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.
Məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsində Solmaz Mustafayevanın sədrliyi ilə baş tutacaq.
"Dokta” MMC 22 sentyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi Sadıqov Elçin Ağasadıq oğludur.
Mətbuatda gedən məlumatlara görə, Əczaçılıq şirkəti olan "Dokta” MMC-nin  sahibi deputat Cavanşir Feyziyevdir. "Dokta” MMC onun əczaçılıq sahəsində təsis etdiyi ilk şirkətdir. Cavanşir Fyeziyev həm də dərman bazarının əsas oyunçularından olan "Avromed”in sahibidir.
Nilay 
Tarix: 4-11-2022, 10:35
Xəbəri paylaş





Xəbər lenti