Kliniki Tibbi Mərkəz sosial şəbəkələrdə yayılan videoya münasibət açıqlayıb

Kliniki Tibbi Mərkəz sosial şəbəkələrdə yayılan videoya münasibət açıqlayıb
Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzin həyətində narkomanların peyda olması ilə bağlı videogörüntülər yayılıb.
Mərkəzdən "Report"a verilən məlumata görə, məsələnin bu cür ictimailəşdirilməsi qurum tərəfindən dəstəklənir.
 
"Bu məsələ həqiqətən də baş verir və bu bizi çox narahat edir. Çünki onların sayı günbəgün artır. Baş verənlərlə bağlı aidiyyatı üzrə müraciətlər etmişik. Yəqin ki, qısa zamanda bununla bağlı ciddi tədbirlər görülər.
 
Baş verənlər Mərkəzin heyətini, pasiyentləri və bir sözlə hər kəsi narahat edir", - Mərkəzdən bildirilib.
Tarix: 13-11-2022, 16:38
Xəbəri paylaş





Xəbər lenti