Qara ciyərin sağlamlığı üçün 9 əvəzedilməz məhsul...

Qara ciyərin sağlamlığı üçün 9 əvəzedilməz məhsul...
Qara ciyərin yaxşı regenerasiya qabiliyyətinə rəğmən, onun xüsusi qayğıya ehtiyacı var. Xoşbəxtlikdən, bunu etmək çox asandır. Bu həyati vacib olan orqanın sağlamlığını öz qida rasionumuza müəyyən qida məhsullaını əlavə etməklə saxlamaq mümkündür.
Moderator.az xəbər verir ki, bu barədə "Detaly" nəşri yazıb.
 
Bədənimizdə olam bütün orqanlar vacib və lazımdır. Lakin biz bəzən çoxsaylı ciddi vəzifələri-zülalların, xolsterinin və ödün istehsalından vitaminlər, minerallar və karbohidratların saxlanılmasınadək vəzifələri icra edən qara ciyərin işini lazımınca qiymətləndirə bilmirik. 
 
Bundan başqa, qara ciyər orqanizmin güclü filtridir, toksinləri, alkoqolu, dərmanları və maddələr mübadiləsinin yan məhsullarını parçalayır. Ona görə də qara ciyərin sağlamlığını o cümlədən qidalanmanın köməyilə qoruyub saxlamaq çox vacibdir.
 
Qreypfrut
 
Qreyıfrutun tərkibində naringin və naringenin kimi antioksidantlar var və onlar qara ciyəri təbii yolla mühafizə edir. Bu, hüceyrələrdə iltihabın azalması hesabına baş verir. Tədqiqatlar göstərib ki, antioksidantlar qara ciyər fibrozunun inkişafının qarşısını ala bilər. Adətən, bu, xroniki iltihab nəticəsində qara ciyərdə çoxlu birləşdirici toxumanın yaranması ilə nəticələnir.
 
Bundan başqa, naringenin qara ciyərdə piyin miqdarını azaldır, alkoqolun mənimsənilmə qabiliyyətini yaxşılaşdırır, onun neqativ təsirini azaldır.
 
Qəhvə
 
Dünyada populyar olan gumrahlandırıcı içki həm də qara ciyər üçün faydalıdır. Qəhvədən istifadə edilməsi qara ciyər sirrozu, xərçəngi və iltihabın inkişaf riskini azaldır. Çünki qəhvə yağların və kollagenlərin toplanmasının qarşısını alır. O, həmçinin orqanizmdə antioksidantların miqdarını artıtır və beləliklə iltihabı azaldır.
 
Üzüm
 
Qırmızı və bənövşəyi sort üzümün giləmeyvələrinin tərkibində çoxlu bitki birləşmələri var. Onlardan ən əsası resveratrol maddəsini qeyd etmək lazımdır, iltihabəleyhinə və şişəleyhinə təsirə malikdir.
 
Yaşıl çay
 
Yaşıl çay orqanizmdə yağların ümumi miqdarını aşağı salır. Bu içki oksidləşdirici streslə mübarizə aparmağa kömək edir və qara ciyərin piylənmə xəstəliyinin əlamətlərini azaldır.
 
Gün ərzində 5-10 fincan yaşıl çay qara ciyərin qan analizi üzrə göstəricilərini yaxşılaşdıracaq. Bu içkidən müntəzəm istifadə edənlərdə qara ciyər xərçənginin inkişaf riski azalır.
 
Yulaf yarması
 
Səhərlər bir fincan qəhvənizə yulaf yarması əlavə edin və qara ciyər üçün faydalı səhər yeməyi hazırdır! Selüloza həzm üçün vacibdir, lakin xüsusilə spesifik lifləri qara ciyər üçün faydalıdır. Həmçinin immun sisteminin formalaşmasında, iltihaba qarşı mübarizədə kömək edir, diabetdə və piylənmədə orqanizmin vəziyyətini yaxşılaşdırır.
 
Zeytun yağı
 
Zeytun yağı oksidləşmə stresini azaldır və qara ciyərin funksiyasını yaxşılaşdırır. Çünki tərkibində doymuş yağ turşularının miqdarı yüksəkdir. Hətta bir çay qaşığı zeytun yağı qara ciyərdə fermentlərin və yağların miqdarına müsbət təsir göstərir. Bu məhsul zülalın miqdarını artırır, qara ciyər qandövranını yaxşılaşdırır.
 
Brüssel kələmi və brokkoli
 
Bu məhsullar fermentlərin detoksikasiyasının səviyyəsini yüksəldir və qara ciyəri zədələnmələrdən qoruyur. Həmçinin qara ciyər çatışmazlığının qarşısını alır.
 
Qoz
 
Qozların tərkibində doymuş yağ turşuları, E vitamini və antioksidantlar var və bunlar iltihabi prosesin və piylənmənin qarşısını alır.
Bu məhsulun tərkibində çoxlu kalori var, ona gorə də qozdan sui-istifadə etmək olmaz.
 
Yağlı balıq
 
Yağlı balığın tərkibində omega-3 yağ turşuları var, onlar iltihabi prosesi və ürək xəstəlikləri riskini azaldır. Nə qədər paradoksal olsa da, yağlı balığın tərkibində olan yağlar qara ciyərdə yağların toplanmasının qarşısını alır, həmçinin fermentlərin səviyyəsini tənzimləyir, insulinə rezistentliyi yaxşılaşdırır.
 
Yadda saxlamaq lazımdır ki, bitki yağlarında olan omega-3 və omega-6 yağ turşularıni düzgün uzlaşdırmaq lazımdır. Omega-6 yağ turşusunun həddən çox miqdarı qara ciyər xəstəliklərinin inkişafına kömək edə bilər.
 
Müəllif: Yekaterina Bondarenko
Tarix: 13-11-2022, 23:07
Xəbəri paylaş





Xəbər lenti