"O deməkdir ki, burada özbaşınalıq var" - Fazil Mustafa


"Ərzaq və dərman qiymətlərinin bahalaşmasının təbii səbəbləri olsa da, qiymətlərin artması daha çox subyektiv amillə bağlıdır".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, vaxtında bu sahədə lazımi tədbirlər görülməyib:
"Türkiyədəki dərman qiymətləri ilə Azərbaycandakı qiymətlər 3-4 dəfə fərqlənir. O deməkdir ki, burada özbaşınalıq var. Kimlərinsə cibinə əlavə vəsait daxil olduğuna görə bu sahəyə vətəndaşın xəstəliyi bahasına pul qazanma yeri kimi baxır. Ərzaqlarla bağlı da təqribən eyni variantdır. Ona görə də qiymət artımlarının dövlət tərəfindən tənzimlənməsini gözləmək sadəlövhlük olar. Dövlət müəyyən müdaxilə edə bilər, amma bazar iqtisadiyyatına bunu etmək çox çətindir. Rəqabət mühiti yaratmaq lazımdır. Belə ki, məhsul çox olanda qiyməti bu qədər artırmaq mümkün olmur. O zaman sahibkar məcburdur ki, özünü ümumi bazar standartlarına uyğunlaşdırsın".
Tarix: 24-11-2022, 22:09
Xəbəri paylaş





Xəbər lenti