Yaddaşı gücləndirmək üçün bu qidalardan istifadə edin


Təbii qidalar, bəzi meyvələr və düzgün qidalanma forması insan yaddaşını gücləndirir.
Yeniavaz.com yaddaşı artırmaq üçün qidalanma formasını təqdim edir.
Rusiyalı mütəxəssislərin verdiyi məlumata görə, yaddaşın güclənməsi üçün pəhrizə yaşıl yarpaqlı tərəvəzlər əlavə edilməlidir. Bura kahı, şüyüd, ispanaq, nanə və sair daxildir.
Eyni zamanda giləmeyvələrdən istifadə olunmalıdır. Onlar qan dövranını artıraraq, beyinə oksigenin çatdırılmasını sürətləndirir və qan damarlarını qoruyaraq intellektual performansı yaxşılaşdırır. Bu proseslər nəticəsində intellektual imkanlar və informasiyanın mənimsənilməsi qabiliyyəti artır. Piqmentlər yaddaşı yaxşılaşdırmağa kömək edir.
Yaddaşın yaxşılaşdırılması üçün vacib olan digər məhsul, əsas omeqa-3 yağları və yağ turşularını ehtiva edən yağlı balıqdır. Həkimlər vurğulayır ki, çay və kofe də qida rasionuna daxil edilməlidir, çünki bu içkilər insanın böyük həcmdə informasiyanı emal etmək qabiliyyətini artıra bilər. Beynin tam işləməsi üçün lazım olan bir çox mineralların mənbəyi olan qoz-fındıqdır. Həmin qidalardan istifadə etməklə yaddaşı daha yaxşı hala gətirmək mümkündür.
Tarix: 27-11-2022, 22:24
Xəbəri paylaş





Xəbər lenti