Tromba qarşı qoz yeyin - Həkim


Sağlam atışdırma qidalar pis xolesterinin səviyyəsini azaldıb, arteriyalarda tromb tıxaclarının qarşısını ala bilər.

Bakupost.az xəbər verir ki, dietoloq İqor Strokov Omeqa 3-lə zəngin qidaların tromba qarşı olduğunu deyib.

“Qoz liprotein səviyyəsinə təsir edir və xolesterini azaldır. Əgər qanda xolesterin yüksəkdirsə, arteriyalarda damar tıxanması, qan pıtraqları yaranır. Bu zaman venoz tromboemboliya riski artır.


Ayaq və qollarda dərin vena trombozu sonra ürək və ağciyər tutulmasına səbəb olur.

Hər gün 10 ədəd qoz yemək bu riski azalda bilər.

Elmi tədqiqatlar göstərib ki, qozlarda damarların funksiyasını yaxşılaşdıran maddələr var. Qoz həmçinin qanda şəkəri tənzimləyir, yüksək təzyiqə qarşıdır. Ürək-damar problemlərindən erkən ölümü azaldır”.
Tarix: 14-12-2022, 09:56
Xəbəri paylaş





Xəbər lenti