Tərtərdə Şəhid ailələri və Qazilər müalicə üçün Naftalana göndərildi

Tərtərdə Şəhid ailələri və Qazilər müalicə üçün Naftalana göndərildi
Dekabrın 19-da Tərtər Rayon İcra Hakimiyyətinin və Naftalan şəhər İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə rayondan olan 12 nəfər şəhid ailəsi və 2 nəfər Vətən müharibəsi əlili
müalicə və istirahət üçün Naftalan şəhərində yerləşən “Gold Naftalan” MMC Müalicə  və
Sağlamlıq  Mərkəzinə yola salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə
kursu qəbul etmələri və istirahətləri təmin olunacaq.

Bu barədə SIAM.AZ-a RİH-dən xəbər verilib.
Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov
Naftalan şəhərinə yola salınan şəhid ailələri və Vətən müharibəsi əlillərilə görüşüb.
Görüşdə çıxış edən rayon rəhbəri Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi
tarixi qələbədən, şanlı Zəfər tarixi yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı
Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, vahid dövlət-ordu-
xalq birliyindən danışıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə
göstərilən diqqət və qayğını dilə gətirib. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə
göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Mütamadi
olaraq şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların qayğıları, qarşılaşdıqları
problemlər araşdırılır və yerində həll olunur. Bu istiqamətdə Tərtər Rayon İcra Hakimiyyəti
tərəfindən şəhid və qazi ailələrinə dəstək üçün ardıcıl olaraq sosial layihələr həyata
keçirilir. Bu gün 12 nəfər şəhid ailəsi və 2 nəfər Vətən müharibəsi əlili Naftalan şəhərinə
müalicə və istirahət üçün göndərilməsi bunun bariz nümunəsidir.
Tədbirdə iştirak edən şəhid ailələri və Vətən müharibəsi əlilləri onlara dövlət səviyyəsində
göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını
bildiriblər.
Sonda rayon rəhbəri ilə birlikdə xatirə şəkli çəkilib.
Tarix: 19-12-2022, 16:25
Xəbəri paylaş





Xəbər lenti