Dövlət xəstəxanaları ilə özəl kilinikalar arasında “qan analizi bazarı” - BU NƏDİ BELƏ?


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələri qan analizlərinin götürülməsi üçün dövlətin onlara verdiyi reaktiv maddələri və dərman preparatlarını maya dəyərindən ucuz qiymətə özəl kliniklara satırlar.

Siam.az Qlobal.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, dərman preparatlarını və reaktiv maddələri satıldığı iddia edilən tibb müəssisələrindən biri də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xətti ilə Respublika Klinik Xəstəxanasına müraciət edən xəstələrə qan analizlərinin tam verilmədiyi deyilir.

Deyilənə görə, xəstələrdən alınan analizlərin cavabı əksərən yarımçıq olur. Buna səbəb kimi isə bazada reaktiv maddələrin, dərman preparatlarının olmaması göstərilir. Şikayətçi olan vətəndaşlara isə analiz üçün verdikləri qanların laxta olması bəhanəsini edirlər.

Problemlərdən şikayətlənən vətəndaşlar deyirlər ki, əllərində tutarlı dəlil olmasa da, baş verənlərin dəqiqliyinə əmindirlər. Onlar düşünürlər ki, bu məsələni araşdırmaq ekpertlərin, mütəxəssislərin vəzifəsi, qiymət vermək isə hüquq-mühafizə orqanlarının işidir.

Respublika Klinik Xəstəxanasında antitromp, hematokrit, KOMA ZR, RDW – SD anizositoz, insulin və digər analizlərin verilməsində ciddi problemlərin yarandığı da vurğulanır.

Ümumiyyətlə, ölkədə uzun müddətdir ki, dövlət tibb müəssisələrində verilən analizlərə etimadsızlığın olması müzakirə mövzusudur.

Əksər hallarda vətəndaşlar özəl klinikalarda dəqiq analizlərə üstünlük verirlər. Bu da qan analizləri ilə bağlı maddə və dərmanların özəl klinikalara satılması arqumentini gücləndirir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən xəbərə münasibət öyrənə bilmədik.
Tarix: 27-12-2022, 15:09
Xəbəri paylaş





Xəbər lenti