Uşaq qidalarındakı TƏHLÜKƏLƏR – Problemə AQTA baxır, amma necə baxır?

Uşaq qidalarındakı TƏHLÜKƏLƏR
Uşaq qidalarından şikayətlər dayanmır. Bu dəfəki şikayət Bakı şəhər sakini Lamiyə Kazimovadan gəlib. Lamiyə xanım yazır ki, uşagım 4 aylıqdır, körpə dunyaya gələndən, həkimlərin məsləhəti ilə ona süni qida ilə qidalandırıram:

“Həkimin məsləhətilə “premium Nutrilak”qidasindan faydalanıram. 17.12.2022 tarixində dəyəri 20 manata yaxin olan adini qeyd etdiyim süni qida “Dokta”aptekindən aldim. Məndə aptekin verdiyi ƏDV ceki də qalır.

Evə gətirib qidani əvvəllər hazirladigim kimi, malin uzərində yazılmış qaydaya əsasən hazırlayan zaman ilk olaraq qidanın qoxusunun əvvəlki qidalara uygun olmadığını, xoşa gəlməz oldugunu hiss etdim və körpəyə verməmək qərarına gəldim.

Qərara gəldim ki,gedib başqa aptekdən yenisini alım və muqayisə edim. Öncə qidanı aldığım “Dokta” aptekinə getdim və məsələni aydınlaşdırıb, aldıgım malı qaytarmaq istədim. Aptekin satıcısı müdriyyətə zəng etdi və cavabı bu oldu ki, bizim aptek 3-cü şəxsdir. Beləcə, qidanı qaytarmadılar və mən 20 manat ziyana düşmüş oldum”.

Bizim.Media məsələ ilə bağlı araşdırma aparıb. İlkin olaraq Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynovla əlaqə saxladıq.

O açıqlamasında bildirdi ki, “Yeyinti məhsulları haqqında” qanunun tələbləri kobud şəkildə pozularaq distribüter şirkətin adı əksər qida məhsullarının üzərində yoxdur:

“O cümlədən də “Premium Nutrilak”-ın. Məsələ ilə bağlı mən də AQTA-ya sorğu göndərmişəm. Lakin, o qurumdan doğru-dürüst cavab alacağıma inamım yoxdur. Çünki, dərman bazarı kimi süni qidalar da monopoliyadadır”.

Millət vəkili Müşviq Məmmədov isə bildirdi ki, ölkəmizə gətirilən qida məhsullarının keyfiyyətinə AQTA nəzarət edir:

“Bildiyim qədər Agentliyin çox güclü maddi-texniki bazası var. Yəni ölkəmizə gətirilən istənilən qida məhsulları qurumun yoxlamasından keçir və bundan sonra ona sertifikat verilir. Və bu sertifikatla da həmin məhsullar satılır. Amma burda başqa vacib məqam da var. Bu da qida məhsullarının saxlanma şəraiti ilə bağlıdır. Hətta satış rəflərinin standarta uyğun gəlməsi çox önəmlidir. Yəni bu qida məhsulların keyfiyyətli saxlanılmasında vacib amildir”.

Məsələ ilə bağlı adı çəkilən apteklə əlaqə saxladıq. Bəlli olub ki, “Dokta” apteklər şəbəkəsi “Avromed” şirkətinə aiddir. Ona görə də şirkətlə əlaqə saxlamaq istədik. Lakin, şirkətin heç bir telefonunun dəstəyini qaldıran olmadı.

Bundan sonra adı çəkilən qida məhsulunu Azərbaycana gətirən "Baku kids" şirkətiylə əlaqə yaratdıq.

Şirkətdən Bizim.Media-ya bildirildi ki, ölkəyə gətirdiyimiz bütün uşaq qidaları AQTA-ının yoxlamasından sonar verilən sertifikat əsasında satılır:

“Uşaq qidaları həssas məsələ olduğundan biz buna xüsusi diqqət ayırırıq. Biz məhsulu Azərbaycana gətirib, paylanılana qədər cavabdehik. Çünki, biz bilmirik ki, apteklərdə saxlanma vəziyyəti necədir. Açığını deyək ki, bəzi apteklərdəki saxlanma şəraiti tələblərə cavab vermir.

O ki, qaldı bu şikayətə. Yaxşı olardı ki, alıcı xanım bizə müraciət etsin. Biz onun ziyanını qarşılayarıq. Amma təkrar edirəm ki, bizim gətirdiyimiz bütün məhsullar dövlət nəzarətindən keçir”.

AQTA isə hara baxır, necə baxır, yarandığı günlərdən bugünə qədər bunu hələ tam müəyyən etmək mümkün olmayıb. Bütün sorğulara standart, rus dilli tövsiyyələri altında yazılmış, cavabları var!
Bizim.Media
Tarix: 29-12-2022, 21:41
Xəbəri paylaş





Xəbər lenti