Milli Onkologiya Mərkəzində MRT aparatı niyə işləmir? - İNSANLAR ÇARƏSİZ DURUMDA / foto


Milli Onkologiya Mərkəzinin fəaliyyəti ilə bağlı zaman-zaman  vətəndaş narazılıqlarının şahidi oluruq.
Bu günlərdə adıçəkilən tibb ocağında yaranmış daha bir mənzərə haqqında vətəndaş Rahim Nasirov Gununsesi.info-ya yazıb.

Redaksiyamıza ünvanladığı şikayətində Rahim Nasirov deyir ki, onkoloji xəstə olan həyat yoldaşını MRT etdirə bilmir: “Noyabr ayında (MOM) Milli Onkologiya Mərkəzində yoldaşım onkoloji xəstə olduğu üçün MRT aparatına dekabr ayının 5-i üçün növbə vermişdilər. Dekabr ayının 5-i getdik, dedilər MRT aparatları işləmir. Məndə olan məlumata görə, səhv etmirəmsə, MOM-da 3 ədəd MRT aparatı var və heç biri işləmir. Sizə təqdim etdiyim bu fotoda  yazdıqlarımın təsdiqini görə bilərsiniz”.
Qeyd edək ki, Azərbaycanda onkoloji xəstəiklərin müalicəsi üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.
Ancaq buna baxmayaraq, real mənzərə fərqlidir.
 
Tarix: 6-01-2023, 21:56
Xəbəri paylaş





Xəbər lenti