“Hökumət pul vermir, çətinlik çəkirik" - Milli Onkologiya Mərkəzinin baş direktoru
Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmi Əliyev Mərkəzdə KT aparatının aylardır işləməməsi ilə bağlı xəbərə reaksiya verib. Pravda.az xəbər verir ki, gununsesi.info-ya danışan akademik KT aparatının işləməməsini obyektiv səbəblə izah edib.
"Mənim də bundan xəbərim var. Aparatın platası yanmışdı. Bu böyük vəsait deməkdir. Hökumət pul vermir, çətinlik çəkirik. Amma məsələ həllini tapdı və aparat hazırda işləyir. Belə hallar yaşamışıq”, deyə Cəmil Əliyev bildirib.
Qeyd edək noyabr ayından Mərkəzdəki Komputer Tomoqrafiya Aparatının (KT) işləməməsi ilə bağlı xəbər yayılmışdı. Məlumata görə, bölgələrdən gələn insanlar çalışan digər KT aparatında müayinə olunmaq üçün günlərlə növbə gözləməli olurlar.
Tarix: 13-01-2023, 14:06