Sumqayıt xəstəxanasında tibb işçilərindən “forma pulu” yığılır? - İddia


Sumqayıt xəstəxanasında tibb işçilərindən “forma pulu” yığılır? - İddia


“Sumqayıt şəhər 2 saylı xəstəxanasının rəhbərliyi tibb işçilərindən vahid geyim forması üçün 20 manat pul tələb edir”.
Cebhe.info xəbər verir ki, bu haqda məlumatı redaksiyamıza müraciət edən 2 saylı xəstəxananın tibb işçiləri verib. 
İşçilərin bildirdiyinə görə, xəstəxana TƏBİB-n tabeliyindədir və burada vahid geyim forması qurum tərəfindən təmin edilir.
Amma buna baxmayaraq, xəstəxana rəhbərliyi əsas göstərmədən tibb işçilərindən vahid geyim forması üçün pul istəyib.
Şikayətçilər söyləyir ki, tibb işçiləri formaları dövlət tərəfindən verildiyini deyərək pul yığılmasına etiraz ediblər.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Naibə
Cebhe.info

Tarix: 21-01-2023, 18:11
Xəbəri paylaş





Xəbər lenti