Sağlamlıq arayışının rüsumu 41 manatdır, ona 1 kisə un almaq olar...” – Deputat


bitmap-img6

"2022-ci ildə 2021-ci ilə nəzərən dializə gedən xəstələrin sayı 13% artıb. Araşdırılmalıdır ki, bu, niyə belə olub”.

Bunu deputat Məlahət İbrahimqızı parlamentin iclasında çıxış edərkən deyib. ”Digər tərəfdən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər”, - o əlavə edib.

M.İbrahimqızı buna misal olaraq sağlamlıq arayışının rüsumunun 41 manat olmasını göstərib: "Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq. Eyni zamanda təklif edirəm ki, komitədə psixoloji xidmətlə bağlı dinləmə keçirək”.
Tarix: 25-01-2023, 22:07
Xəbəri paylaş





Xəbər lenti