Bu Təcili Tibbi Yardım Xidmətinin özünə TƏCİLİ YARDIM lazımdır - İTTİHAM VAR!
Son dövrlər daha çox korrupsiya və rüşvətxorluğa qarşı mübarizə dövlətin priotet siyasi xəttini təşkil etməkdədir. Bu da ölkə rəhbərliyinin bu mövzuda barışmaz mövqedə olmasının bariz nümunəsidir.
Ölkə rəhbərliyinin ən ümdə qayəsi öz insanının sosial yaşamını yüksəltmək, gələcək nəsillərin sağlam təməllər üzərində yetişməsinə yönəlmiş daxili siyasətinin tərkib hissəsidir. Elə məhz bu kimi səbəblərə görə də, korrupsiya və rüşvətxorluğa qarşı ən barışmaz mövqe sərgilənməkdədir. Bununla da hər kəsə nümunə sərgilənməkdədir…
Bu gün diqqətinizə çatdıracağımız mövzu da məhz bu barədədir. Sitat, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Stansiyasında baş verən bir neçə ciddi qanun pozuntuları barədə məlumat verəcəyik. Qeyd edək ki,həmin qurumun Köməkçi Yardımçı Stansiyalarda illərlə davam edən bir neçə neqativ hallar Böyük Feldşerlər tərəfindən həyata keçirilir.
Köməkçi Yardımçı Stansiyanın müdirlərinə xüsusi yaxınlığı olan böyük feldşerlərin göstərişi ilə feldşerlərdən 10-20 manat, həkimlərdə isə 20-30 manat hətta daha artıq məbləğdə pul yığılmaqdadır.
Bəzi həkimlər və ya feldşerlər istənilən rüşvəti vermədikdə isə həmin şəxslərə isə qərəzli mövqe tutulur. Hər bir addımda müdir və ya böyük feldşer tərəfindən işlərində süni nöqsanlar yaratmaqla, sıxıntıya salınır və nəcidə onlarda rüşvət verməyə məcbur edilirlər.
Bütün bunlar barədə isə Səhiyyə Nazirliyi rəhbərliyinin məlumatsız olması qənaətindəyik.
Səhiyyə Naziri cənab Teymur Musayevin və Təcili Yardımın baş həkimi Rauf Nağıyevin mövzu ilə əlaqədar mövqeyini öyrənməyə çalışacağıq…