Konservləşdirilmiş balığın cana faydası varmı?
Tibb elmləri namizədi Dmitri Bobunovun fikrincə, fast fud yeməkdənsə konservləşdirilmiş balıq yemək daha yaxşıdır.Dietoloqun fikrincə, konservləşdirilmiş balıqlar sağlam hesab edilə bilər. Əgər fastfood ilə müqayisə etsək, onda “banka balığın” tərkibində faydalı maddələr var.
Araşdırmalara görə, balıq konservlərin tərkibində zülal, qiymətli yağ turşuları, yod, kalsium, kalium, fosfor, dəmir şəklində mikroelementlər saxlanılır.
Buna baxmayaraq, hər hansı bir konservləşdirilmiş balıq böyük miqdarda duz mənbəyidir, hər gün yeyilməməlidir. Bundan əlavə, bu cür balıqlar üçün bəzi duzsuz qarnir yeməkləri (məsələn, qaynadılmış kartof şəklində ) seçmək məsləhətdir (medicina.az).
Tarix: 1-03-2023, 08:43