Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib


İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə
Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə
və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.
Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının
alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin
edilməsidir.
Tədbirin ilk günündə 25 iyul Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində
tibbi müayinələr təşkil olunub. İkinci gün 26 iyul aksiya öz işinə Tərtər rayonunda şəhid
və qazi ailələri üçün müayinələr ilə davam edib.
Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı  laboratoriya üzrə
mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ
müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi
müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan
sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tədbir
Tərtər rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
Ümumilikdə, 2 günlük tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Hər iki gün əhali üçün maarifləndirmə işləri aparılıb. Ətraflı təqdimatla çıxış edən
Kardiologiya İnstitutun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəlikləri
müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin
direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk
faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və
alkoqol kimi zərərli vərdişlər aiddir.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası
haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aksiyaya qatılan şəhid
ailələri və qazilərlə səmimi söhbət edib, onların qayğıları və problemləri ilə maraqlanıb.
Aksiyadan sonra rayon rəhbəri Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları ilə
rayon icra hakimiyyətinin inzibati binasında görüşüb, onlara bu nəcib təşəbbüsü həyata
keçirdikləri üçün təşəkkür edərək, rayon icra hakimiyyətinin təşəkkürnamələrini təqdim
edib.
Tibbi müayinədən keçən şəhid ailələri, qazilər  müharibə iştirakçıları onların
sağlamlıqlarına, rastlaşdıqları problemlərə həssaslıqla yanaşıldığına, göstərilən diqqət
və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 27-07-2024, 16:58
Xəbəri paylaş





Xəbər lenti