ÜFÜQDƏKİ TRAMP-PUTİN PAKTI – ”Mən Rusiya ilə yola getmək istəyirəm”

ÜFÜQDƏKİ TRAMP-PUTİN PAKTI – ”Mən Rusiya ilə yola getmək istəyirəm” Gələcəkdə Tramp və Putin arasında pakt bağlanması mümkündürmü? ABŞ prezidenti Donald Trampın və Rusiya prezidenti Vladimir Putinin ideoloji fikir ayrılıqlarına baxmayaraq, onlar hücum etməmək haqqında öz aralarında müqavilə imzalaya bilərlərmi?

Bağlanılacaq həmin müqaviləyə görə, ABŞ və Rusiya bir-birinə “istənilən zorakılıq aktından və bir-birinə qarşı fərdi şəkildə və həmçinin də digər dövlətlərlə birlikdə hücum etməyəcəklərinə” dair söz verməlidirlər.

Tramp öz arzusunda deyir: ”Mən Rusiya ilə yola getmək istəyirəm”.

O, həmçinin Kremllə bir çox geniş məsələlər üzrə əməkdaşlıq etmək fikrindədir. Bu əməkdaşlıq çərçivəsinə – “İŞİD” terrorizminə qarşı müştərək əməliyyatlar həyata keçirməkdən tutmuş, nüvə silahının yayılmasının qarşısının alınması istiqamətində İran və Şimalı Koreyanın irəliləməsəinin durdurulması kimi məsələlər daxildir.

NATO Putinə rahatlıq vermir və o, daha çox Qərbi Avropa hərbi alyansını nəzarət altında saxlamaq və onu öz sərhədləri yaxınlığında durdurmaq istəyır. Trampın bu alyansa ikrah hissi bəsləməsi məhz Putinə lazımdır. Çünki Rusiya prezidentinin başlıca məqsədi Qərbin ekspansiyasını Şərqi Avropada dayandırmaqdır. Həm də Qərbi və Şərqi Avropa ittifaqının iqtisadi əməkdaşlıq istiqamətindəki perspektiv nəticələri də inanılmaz yüksəkdir.

ABŞ və Rusiya əlaqələrindəki istiləşmə hər iki liderin siyasi və şəxsi maraqlarına da cavab verir. Tramp və Putin arasında razılaşma heç də əvvələr görünməmiş bir addım sayılmaz. Dünya artıq iki güclü rəqibin ittifaq bağlamasının şahidi olub. Amma buna baxmayaraq, Rusiyanın sələfi ilə yaranmış həmin alyans heç də uğurla nəticələnməyib.
Bu hadisə 1939-cu ildə baş vermişdi. Həmin dövrdə müharibə heç də uzaqda deyildi.

Bir-biri ilə barışmaz düşmən olan Almaniya və SSRİ-nin xarici işlər nazirləri Yoaxim fon Ribbentrop və Vyaçeslav Molotov müqavilə imzalamışdılar. Həmin məşhur müqaviləyə əsasən, tərəflər 10 il ərzində bir-birlərinə qarşı hər hansı zorakılıq və təcavüzkarlıqdan uzaq duracaqları barəsində öhdəlik aktına imza atmışdılar.

Hər iki dövlət öz aralarında həmçinin Polşanın bölüşdürülməsi barəsində razılığa gəlmişdilər. Digər tərəfdən həmin razılığa əsasən, Sovet İttifaqı Şərqi Avropada və Pribaltikada tam sərbəst hərəkət edə bilərdi.

Ümumi nəticədə bunu qəbul etməyən dünya müharibəyə başladı. Stalin-Hitler paktı tarixdəki ən amansız və qəddar qlobal münaqişə olan İkinci Dünya Müharibəsinin başlanmasına gətirib çıxardı.

Görəsən dünya arenasındakı əhəmiyyətli təsir sferasına malik Tramp və Putinin dostluğu bizi lazım olmayan istiqamətə yönəltməyəcək ki?

(“The Washington Post”-ABŞ)
Tarix: 2-01-2017, 21:05
Xəbəri paylaş





Xəbər lenti