Hafiz Hacıyev: “Hadı Rəcəblinin burnundan gətirəcəm o mənzili”

Hafiz Hacıyev: “Hadı Rəcəblinin burnundan gətirəcəm o mənzili” Vətəninfo.az xəbər verir ki, ölkə mediasında 13 millət vəkilinin yeni mənzillərlə təmin edilməsi ilə bağlı xəbər yayılıb. Məlumata görə, 54 nəfər sabiq və indiki millət vəkilinin uzun illərdən bəri davam edən mənzil-ev növbəsi "həsrəti”nə son qoyulub. Sabiq və indiki deputatlar mənzillərinə "qovuşmaq” üçün nə az-nə çox, düz 13 il gözləməli olublar.Paytaxtın "Ağ şəhər” deyilən ərazisinə yaxın yerdə (Gürcüstan, Belarus, Ukrayna, Qazaxıstan səfirliklərinin yaxınlığında) "KAT Ltd” tərəfindən tikintisinə 2003-cü ildən başlanan 2 bloklu 12 mərtəbəli göydələnin istifadəsi 2016-cı ilin dekabr ayının son günlərində baş tutub. Məlumatlı mənbənin bildirdiyinə görə, binanın tikintisinin bu qədər uzun çəkməsi isə hazırda iflas həddində olan adıçəkilən tikinti şirkətinin məsuliyyətsizliyi və səhlənkarlığı üzündən olub.Yeni mənzil alan millət vəkilləri ilə bağlı müxbirimizin sualların cavablandıran Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyev kəskin münasibət bildirib.Partiya sədri əsasən Hadı Rəcəblinin yeni mənzil almasına bərk qəzəblənib.

"Bu adam Lənkəranda öz heykəlin qoydurur,yüzlərlə daşınmaz əmlaka sahibdi.Hadı Rəcəbli vaxt vardı Azərbayanı bölməyə çalışan Əlikram Hümbətovun yanında dayanıb Heydər Əliyevin əleyhinə danışırdı.Sonralar yüz dona girib parlamentdə mandat əldə etdi.Uzun illərdi Lənkəranı çapıb-talayaraq milyonlar qazanır.Tarixi-memarlıq abidəsin otel edib,istirahət mərkəzinə sahibdi.Onlarla villaya sahib biri mənzil alırsa,deməli bu ölkədə nələrsə öz axarında getmir,kimlərsə ölkə prezidenti,əziz qardaşım İlham Əliyevi aldadaraq Hadı Rəcəbli kimlərinə meydan verir.Sizləri əmin edirəm çox çəkməyəcək Hadı Rəcəbli və onun kimlərin burnundan gətirəcəm aldıqlarını və xalqa verəcəm”.
Tarix: 5-01-2017, 21:27
Xəbəri paylaş





Xəbər lenti