Bakının iki mərkəz olmayan rayonlarının icra hakimlərinin istefasına hazırlıq getdiyi xəbəri çıxıbBu haqda Politika.Az-a daxil olan xəbərə görə, paytaxtın Suraxanı və Nizami rayon İcra Hakimiyyəti başçıları postlarına yeni kadrların təyinatı gözlənilir.
İqtidardakı qaynaqlardan sızan məlumata görə, Suraxanı rayon icra başçısı İlqar Abbasovun başqa regiona təyinatı nəzərdə tutulmur.
Nizami rayon rəhbəri Arif Qasımovun isə başqa rayona başçı göndəriləcəyi iddia edilir. Hətta A.Qasımovun Suraxanıya icra başçısı gedəcəyi də istisna edilmir.
Məlumatda deyilir ki, hər iki məmurun fəaliyyətindən narazılıq var. Həmçinin, onların uzunmüddətli olaraq bu vəzifədə qalması birmənalı qarşılanmayıb.
Mərkəzi hakimiyyətin son siyasəti ondan ibarətdir ki, hansı regiondan çoxsaylı şikayətlər gəlirsə orada dəyişiklik labüddür.
Bu barədə Prezident Administrasiyasıl rəsmiləri də açıqlamalarında qeyd ediblər. O mənada Suraxanı və Nizami rayonlarından PA-ya saysız-hesabsız şikayət məktubları ünvanlanır.
Görünür ki, İ.Abbasov və A.Qasımov təyinatları özünü doğrulda bilməyib. Onların bu rayonlarda hansısa xüsusi müsbət işini qeyd etmək üçün bircə fakt yoxdur.
Amma yaşıllıqlarından məhvindən torpaqların satışına qədər hər iki icra başçısının geniş spektri əhatə edən fəaliyyəti nəzərə çarpır.
A.Qasımov Nizamiyə Siyəzəndən təyinat alıb. Onun siyasi dairələrdə yüksək əlaqələri var və vəzifəsiz qalmayacağına arxayındır.
İ.Abbasov isə uzun illərdir ki, Suraxanıyha rəhbərlik edir və stajlı icra başçısıdır. Onun artıq vaxtı çatıb və bu rayonun təzədən bölüşdürülməsinə başlana bilər.
Habelə, artıq icra hakimlərinin fəaliyyətinə yeni üsulda qiymət verilir.
“Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.
Yada salaq ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Ağstafada "Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Tarix: 6-01-2017, 08:40